Deputatlar tətildən qayıtdı İndi nə edəcəklər?
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətili iyulun 15-də başlayır və avqustun 30-da yekunlaşır.
Avqustun 30-u bazar gününə düşdüyünə görə parlamentarilər bir gün sonra işə çıxıblar.
Nizamnaməyə əsasən, sentyabrın 15-də qanunverici orqanın komitələrinin iclasları başlayacaq. Amma bəzi hallarda komitələr daha tez toplanır.
Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq və dekabrın 30-dək davam edəcək.
Xatırladaq ki, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Payız sessiyası isə sentyabrın 30-da start götürür və dekabrın 30-da yekunlaşır. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 01 Sentyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















