Icma.az
close
up
RU
Deputatlar yay tətilini harada keçirəcək? SORĞU

Deputatlar yay tətilini harada keçirəcək? SORĞU

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində sonuncu iclası keçirildi və bununla da Milli Məclisin deputatları tətilə buraxıldı. Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır.

Milli.Az xəbər verir ki, iqtisadiyyat.az deputatların tətili necə keçirəcəyi ilə bağlı sorğu keçirib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, tətil dövründə ölkə daxilində işlərini davam etdirəcək: "Seçicilərlə görüşlərimiz davam edəcək. Avqustun 16-da Cəbrayılda, ondan sonra Cocuq Mərcanlıda seçicilərlə görüş keçirməyi planlaşdırırıq. Tətil dövründə ola bilsin ki, ümumilikdə 10 günlük Azərbaycanın bölgələrinin birində istirahət edim. Amma ümumilikdə əsasən işlə məşğul olmağı planlaşdırırıq. Parlament məzuniyyətdə olsa da seçicilərlə görüşlər davam edir".

Deputat Qüdrət Həsənquliyev də məzuniyyəti ölkə daxilində keçirmək niyyətindədir: "Ola bilsin ki, Naxçıvana getdim. Bu yaxınlarda da Naxçıvanda olmuşdum. Bununla yanaşı, bu dəfə isə ailə üzvlərimlə birlikdə Naxçıvana növbəti səfərim baş tuta bilər. Hələ ki dəqiq heç nə planlaşdırmamışam, ancaq Azərbaycanın digər rayonlarına da gedə bilərik, başqa planlar da ola bilər. Hələlik konkret bir qərar yoxdur".

Deputat Azər Badamov tətil dövründə işğaldan azad edilmiş ərazilərə səfər etməyi planlaşdırır: "Dünəndən başlayaraq işğaldan azad olunmuş ərazilərimizə səfərə başlamışam. Xankəndi, Şuşa, Laçın, Qubadlı və Zəngilan rayonlarına səyahət edirəm. Düzdür, Şuşada dövlət tədbirlərində iştirak etmək məqəsdilə səfərdə oluruq. Amma işğaldan azad edilmiş ərazilərə fərdi şəkildə səfər etmək, görülən yenidənqurma və bərpa işləri ilə daha ətraflı tanış olmaq, öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında həyatlarına necə başladıqlarını görmək bir millət vəkili olarak mənə çox maraqlıdır. Ona görə də məzuniyyətimə Qarabağdan başlamışam. Sonra da məzuniyyətimi Qusarda keçirməyi planlaşdırıram".

Deputat Tahir Rzayev məzuniyyət dövrü olmasına baxmayaraq işlərini davam etdirdiyini bildirib: "Elə dünən İsmayıllı rayonunda Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı bir tədbirində iştirak etdim. Bu cür tədbirlər davam edəcək. Əsasən, Bakıda olacam, sonra rayona gedəcəm, seçicilərlə görüşlərimiz olacaq. Vaxtımı bölüb bir az istirahət də edəcəm. İndidən bunu müəyyənləşdirmək çətindir. Fikrim var ki, Xankəndidə, Şuşada, Laçında olum, oradakı möhtəşəm işləri görüm. Əlbəttə ki, 45 günün hamısın oturub istirahət etmək mümkün deyil. Tədirlər olacaq, görüşlər olacaq və təbii ki, mən də iştirak edəcəm".

Deputat Müşfiq Cəfərov məzuniyyətini Gəncədə keçirməyi planlaşdırır: "Hazırda da Gəncədəyəm. Vaxtımı bu ərazidə keçirəcəm, ola bilsin digər rayonlara da gedim. Təbii ki, seçicilərlə görüşlərimiz də davam edəcək. Parlament tətilə buraxılsa da, seçicilərlə işlərimiz davam edir".

Deputat Vüqar Bayramov da tətil dövründə Azərbaycanda olmağı düşünür: "Planlarım Azərbaycanın bölgələrinə səfər etməkdir. Qarabağdan seçildiyim üçün təbii ki, mütəmadi olaraq Qarabağa səfər edirəm, seçicilərlə görüşlər keçirirəm. Tətil dövründə də Qarabağa səfər edəcəm, vətəndaş qəbulları həyata keçirəcəm".

Deputat Rəşad Mahmudov da tətili ölkə daxilində keçirməyi planlaşdırır: "Yay tətili hər bir insan üçün həm fiziki, həm də ruhi baxımdan yenilənmək üçün əvəzsiz bir fürsətdir. Mən də bu dövrdə istirahətə zaman ayırmağa çalışacağam. Bununla yanaşı, təmsil etdiyim bölgələrlə əlaqəni kəsmədən vətəndaşlarla görüşlərə davam edəcəyəm. Eyni zamanda, tibbi fəaliyyətimə də fasilə vermədən, təcili vəziyyətlərdə ehtiyacı olan insanlara müayinələrin və müalicələrin təşkili istiqamətində dəstək olmağa çalışacağam. Xaricə getmək kimi bir planım yoxdur. İstirahətimi əsasən ölkə daxilində keçirməyi düşünürəm. Ümid edirəm ki, həm şəxsi həyatım, həm də seçicilərimlə təmas baxımından mənalı və faydalı bir yay dönəmi yaşanacaq".

Deputat İlham Məmmədov yay aylarında ölkədən kənara çıxmağı sevmədiyini söyləyib. O da digər həmkarları kimi tətili ölkə daxilində keçirməyi planlaşdırdığını bildirib: "Ölkəmizin o qədər gözəl, səfalı, mənzərəli yerləri var ki, onları gəzməklə bitmir. Yəni ölkəmizdə istirahət üçün hər cür şərait var. Uzun illərdir ki, parlamentdə təmsil olunduğum gündən indiyə qədər seçicilərimlə görüşmək üçün ən gözəl fürsət yay aylarında yaranır və yay aylarında dogma şəhərim olan Yevlaxda oluram. Xüsusilə qazilərimizlə, şəhid ailələri ilə ənənəvi olaraq yayda intensiv görüşlər keçirirəm, onlara baş çəkirəm, söhbətlər edirəm, seçicilərimlə görüşürəm. Yevlaxa yaxın olan gözəl dağlı-bağatlı yerlərimiz var. O yerləri də gəzirəm. Ümumiyyətlə, yayda istirahətimizi öz vətənimdə, Azərbaycanda keçirirəm. Hələ indiyə qədər olmayıb ki, yayda ölkədən kənara çıxam. Yayda həm də mənim üçün kitab oxumağa fürsət yaranır, kitab oxumağı çox sevirəm. Yay tətilində işğaldan azad edilmiş ərazilərimizə də səfər etməyi düşünürəm".  

Deputat Vüqar İskəndərov da yay məzuniyyətini Azərbaycanda keçirməyi düşünür: "Mən ötən illərdə də yay məzuniyyətinin böyük hissəsini Bakıda keçirmişəm, işləmişəm. Yəni yay boyu tədbirlərdə, konfranslarda, gənclərlə görüşlərdə olmuşam, televiziyalarda çıxışlar etmişəm. Bununla yanaşı dogma şəhərim olan Şəkidə olmuşam. Bu ayın sonuna yaxın Şəkiyə getməyi düşünürəm və ailəmlə birlikdə Şəkidə dincələcəyəm".

Deputat Naqif Həmzəyev isə tətilini Gəncəbasar zonasında keçirməyi düşünür: "Həmçinin Qarabağada getməyi planlaşdırıram. Həmçinin tətil müddətində işgüzar səfərlərdə də olacam".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 İyul 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri