Deputatlardan etiraz: Nə vaxt bu yad adlardan əl çəkəcəyik
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Kirov, Orçenikidze, Jdanov kimi adlar vaxtilə işlədilirdi
Ölkə.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, təəsüf hələ də bu adlara rast gəlirik:
“Bəzən insanlarımız Xutora gedirik deyir. Bir dəfə cavan oğlan dedi ki, nol əlli dedi, az qaldım ki, maşını saxlayıb deyim ki, sən niyə nol əlli deyirsən axı, bu sıfır əllidir! Ona görə də bizim insanlarımız bu məsələdə daha diqqətli olmalıdır.
Deputat Siyavuş Novruzov isə bildirib ki, hələ də Montin, Varovski və Razin kimi adlar işlədilir
Onun sözlərinə görə, bəzən hansısa kurs yazır ki, bizim ünvan Montində yerləşir. Amma əslində belə bir ad və onun kökü yoxdur. Əgər bunun kökü yoxdursa bunun adını nə qoya bilərik deyə düşünürük. Vaxtilə Şəmkir rayonunda da Çardaxlı kəndinin adını dəyişib Çənlibel etdik. Ona görə də bu adların kökü və tarixi araşdırılmalıdır ki, bunun əsl mahiyyətini üzə çıxarmaq mümkün olsun.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 06 May 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















