Icma.az
close
up
RU
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir

Deputatlıq mandat deyil, sözün məsuliyyətidir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Deputatlıq təkcə mandat daşımaq deyil, həm də sözün məsuliyyətini daşımaqdır. Çünki deyilən hər cümlənin öz çəkisi və ictimai təsiri var. Deputatın söylədiyi hər fikir cəmiyyətin diqqət mərkəzində olur və buna görə də ifadə edilən hər söz xüsusi məsuliyyət tələb edir.

Cəmiyyətin gözləntisi isə sadədir: xalqın səsini təmsil edən insan ilk növbədə xalqla düzgün və aydın danışmağı bacarmalıdır. Bu, təkcə ritorika və ya üslub məsələsi deyil, eyni zamanda bir mədəniyyət və məsuliyyət göstəricisidir.

Bəzən elə çıxışlar və fikirlərlə qarşılaşırıq ki, istər-istəməz belə bir sual yaranır: doğrudanmı təmsilçilik anlayışı sadə və aydın ünsiyyətdən bu qədər uzaqlaşa bilər? İstər parlamentdə, istərsə də mətbuatda fikir müxtəlifliyi, sərt debatlar və fərqli yanaşmalar təbiidir. Lakin bu fərqlilik heç vaxt hörmətsizliyin, qıcıqlandırıcı və ya aşağılayıcı üslubun bəhanəsinə çevrilməməlidir. Çünki sözün gücü təkcə onun məzmununda deyil, həm də necə ifadə olunmasındadır.

Bu gün dəyişən dünya düzəni və qlobal inflyasiya fonunda cəmiyyət daha həssasdır. İnsanlar onları təmsil edən şəxslərin danışığında özlərini görmək, onların yanında olduqlarını hiss etmək istəyirlər. Ona görə də deputatın dili həm mədəniyyət göstəricisi, həm də siyasi məsuliyyət hesab olunur.

Məhz buna görə ictimai narazılıq yarandıqda məsələyə təkcə emosional müstəvidə deyil, həm də institusional mexanizmlər çərçivəsində yanaşmaq vacibdir. Etik davranış qaydaları, parlament intizamı və hüquqi prosedurlar da bu məqsədə xidmət edir. Əgər davranışlar ictimai etimadı zədələyirsə, bunun cavabı yalnız sözlə deyil, həm də qaydalar və məsuliyyət mexanizmləri ilə verilməlidir.

Töhmət, intizam məsuliyyəti və zəruri hallarda mandat məsələsinin gündəmə gəlməsi də məhz bu sistemin tərkib hissəsidir. Çünki nümayəndəlik statusu yalnız seçilməklə bitmir, hər gün yenidən qazanılan ictimai etimad tələb edir.

Bu günlərdə deputatlardan birinin “uşaqpulu verilsə, insanlar tənbəlləşəcək” fikri də cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Əslində, cəmiyyətin yanında olduğunu göstərməli olan bir deputat bu ifadələrlə kimin yanında olduğunu da aydın şəkildə izah edə bilmədi.

Azərbaycanda uşaqpulu nə qədər ola bilər? Tutaq ki, 100 manat. Bu gün Azərbaycan ailələri əvvəlki kimi geniş deyil. Ən azı bir ailədə 4 uşaq olsa belə, bu 400 manat edir. Belə bir məbləğlə insanların “tənbəlləşəcəyi” fikri isə cəmiyyət tərəfindən qəbul olunmadı.

Əksinə, bu yanaşma bir çoxları tərəfindən real iqtisadi vəziyyəti nəzərə almayan, mübahisəli bir fikir kimi qiymətləndirildi. Deputatın fikrinə görə, 8 yaşa qədər uşaqları olan ailələrdə yalnız atanın işləməsi kifayət edə bilər. Lakin sual yaranır: ata kirayə haqqını, ailənin gündəlik xərclərini, uşaqların ehtiyaclarını və kommunal ödənişləri təkbaşına necə qarşılaya bilər?

Məhz buna görə də cəmiyyətin gözləntisi dəyişmir: daha çox diqqət, daha çox məsuliyyət və daha mədəni ünsiyyət. Axı xalq onu təmsil edənlərdən təkcə qərar yox, həm də anlayış və həssaslıq gözləyir.

Bu, kiminsə cəzalandırılması arzusu deyil, institusional etimadın qorunması məsələsidir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 May 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri