Icma.az
close
up
RU
Deputat:“Prezident Fərmanı dövlətin sosial siyasətini təsdiq edir”

Deputat:“Prezident Fərmanı dövlətin sosial siyasətini təsdiq edir”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Prezidenti  İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı Fərman imzalayıb. 

Sənədlə gələn aydan etibarən sosial müavinətlər və təqaüd məbləğləri artırılacaq. Fərmanla iyul ayından etibarən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat, ailə başçısını itirməyə görə 140 manat, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat. 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat, beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat, övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat, himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 

0–6 yaş arası uşağa görə 500 manat, 7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650 manat, uşağın anadan olmasına görə 600 manat, dəfn üçün 600 manat ödəniləcək.

İyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin yeni aylıq məbləğləri müəyyən edilib. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2200 manat, Milli Qəhrəman adı verilmiş hər bir şəxs üçün 2000 manat, şəhid ailəsi üçün 700 manat, 20 Yanvar şəhidinin ailəsi üçün 700 manat, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə isə orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 manat ödəniləcək.  

Bununla yanaşı, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 manat, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat, Azərbaycan -ci il iyulun 1-dən 1700 manat müəyyən edilib. Qeyd edək ki, ölkə başçısının sosial müavinətlər və təqaüd məbləğlərinin artırılması ilə bağlı Fərmanı  ictimaiyyət nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılanıb.   

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini  Azər Badamov “Cebheinfo.az”-a bildirib ki, 12 iyun 2025-ci ildə Prezident İlham Əliyev Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərmanı imzaladı: 

“Bu Fərman özündə 38 maddəni ehtiva etməklə, 18 sosial istiqaməti əhatə edir. Bu, həm də dövlət başçımızın siyasətində sosial siyasətin ilk yerdə olmasının və sosial təminata ehtiyacı olan şəxslərə göstərilən dövlət dəstəyinin göstəricisidir. Son 7 ildə ölkəmizdə 4 milyon insanın sosial vəziyyətinə müsbət təsir göstərən və 7,6 milyard manat maliyyə tutumu olan 5 sosial paket uğurla icra olunmuşdu. 

Bu sosial paketlər pandemiyanın və infilyasiyanın təsirlərinin minimuma endirilməsinə və insanların sosial rifahının yaxşılaşmasına xidmət edib. Dövlət başçımızın dünən imzaladığı sərəncam da sosial müdafiəyə ehtiyacı olan həssas qrupdan olan insanların, o cümlədən xüsusi ad və təltiflərə layiq görülmüş şəxslərin maddi təminatının yaxşılaşmasına xidmət edən növbəti sosial paketin tərkib hissəsidir. 

Dövlətimizin maliyyə imkanları yaxşılaşdıqca əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində sosial paketlər icra olunur. Bu, həm də dövlətin sosial siyasətinin davamlı xarakter daşıdığını təsdiq edir”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 İyun 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri