Dərbənddə bəndin yarılması nəticəsində evlər su altında qalıb
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dərbənddə (Dağıstan, Rusiya) yerləşən Qecux su anbarı intensiv yağışlar nəticəsində həddindən artıq dolub, bu da torpaq bəndin yarılmasına və yaxınlıqdakı yaşayış məntəqələrinin su altında qalmasına səbəb olub.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə bazar günü Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
"Bol yağıntılar səbəbindən su anbarı həddindən artıq dolub, bu da torpaq bəndin dağılmasına səbəb olub. Hadisə yerinə Rusiya FHN-in əlavə qüvvə və vasitələri cəlb edilib", - agentlik qurumun rəsmi məlumatını çatdırıb.
İlkin məlumatlara görə, Məmmədqala qəsəbəsində 30-a yaxın yaşayış evi su altında qalıb, təxliyə tədbirləri həyata keçirilir.
"Yarılma sahəsinə 40 xilasedici və beş ədəd xüsusi texnikadan ibarət qrup göndərilib. Altı müvəqqəti yerləşdirmə məntəqəsinin işi təşkil olunub", - qurumdan məlumat verilib.
Bazar günü daha sonra Dərbəndin rəhbəri Elman Allahverdiyev bildirib ki, subasma zonasından bütün sakinlər uğurla təxliyə ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 06 Aprel 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















