Dərbəndin yeni azərbaycanlı meri KİMDİR
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dağıstanın keçmiş ədliyyə naziri, azərbaycanlı Xanlar Paşabəyov yekdilliklə Dərbənd şəhərinin meri seçilib.
Demokrat.az şəhər icra hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhər şurasının deputatları səsvermənin yekunlarına görə Xanlar Paşabəyovun namizədliyini dəstəkləyiblər, burada Rasim Qaziəhmədov və Rəsul Hacımusayevin namizədliyinə də baxılıb.
Mer seçilməzdən əvvəl X.Paşabəyov 2022-ci ildən Dağıstan Respublikasının ədliyyə naziri vəzifəsini tutub, əvvəllər isə respublika Xalq Məclisinin deputatı olub və regionun Dövlət Əmlakının İdarə Edilməsi Nazirliyinə rəhbərlik edib.
Aprelin 30-da o, Əhməd Quliyevin istefasından sonra şəhər başçısının səlahiyyətlərini icra edən şəxs kimi meriya kollektivinə təqdim olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Demokrat.az şəhər icra hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhər şurasının deputatları səsvermənin yekunlarına görə Xanlar Paşabəyovun namizədliyini dəstəkləyiblər, burada Rasim Qaziəhmədov və Rəsul Hacımusayevin namizədliyinə də baxılıb.
Mer seçilməzdən əvvəl X.Paşabəyov 2022-ci ildən Dağıstan Respublikasının ədliyyə naziri vəzifəsini tutub, əvvəllər isə respublika Xalq Məclisinin deputatı olub və regionun Dövlət Əmlakının İdarə Edilməsi Nazirliyinə rəhbərlik edib.
Aprelin 30-da o, Əhməd Quliyevin istefasından sonra şəhər başçısının səlahiyyətlərini icra edən şəxs kimi meriya kollektivinə təqdim olunub.
Baxış sayı:53
Bu xəbər 11 İyun 2025 08:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















