Derbidə üz tanıma sistemindən istifadə ediləcək
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
London polisi “Çelsi” - “Tottenhem” matçı zamanı canlı üz tanıma texnologiyasından istifadə edəcək.
QOL.az xəbər verir ki, bu barədə “Çelsi” azarkeşlərinin maraqlarını təmsil edən “Chelsea Supporters’ Trust” təşkilatı məlumat yayıb. Bildirilir ki, texnologiya yüksək riskli futbol matçlarında tətbiq olunur.
Təşkilatın məlumatına görə, oyun öncəsi Erls-Kort və Vest Brompton ərazilərində iki xüsusi avtomobil yerləşdiriləcək. Sistem stadionlara giriş qadağası olan şəxsləri, ciddi cinayətlərdə axtarılanları, itkin düşmüş şəxsləri və məhkəmə qərarı ilə axtarışda olanları müəyyənləşdirmək üçün istifadə ediləcək.
Qeyd edək ki, London polisi bu texnologiyanın sınaqdan keçirilməsi üçün Premyer Liqadan 3,42 milyon funt sterlinq maliyyə dəstəyi alıb. “The Athletic”in məlumatına görə, sistem indiyədək Premyer Liqanın altı oyununda tətbiq edilib. İlk belə qarşılaşma 2023-cü ilin sentyabrında “Arsenal”la “Tottenhem” arasında keçirilən Şimali London derbisi olub.
Xatırladaq ki, "Çelsi" - "Tottenhem" matçı oktyabrın 24-də Bakı vaxtı ilə saat 20:30-da keçiriləcək.
Baxış sayı:53
Bu xəbər 21 Oktyabr 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















