Icma.az
close
up
RU
Dərhal qana qarışır, dəmiri artırır, şəkəri isə... Bir qaşığı bəs edir

Dərhal qana qarışır, dəmiri artırır, şəkəri isə... Bir qaşığı bəs edir

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Soyuq havaların sevilən qidalarından olan bəhməz həm enerji mənbəyidir, həm də sağlamlıq üçün faydalıdır.

Milli.Az xəbər verir ki, Qida və Diyet üzrə mütəxəssis Dyt. Nur Tatlıoğlu bəhməzin faydaları və istifadəsi ilə bağlı ətraflı məlumat verib.

Üzüm, keçibuynuzu, alma, tut, ərik, qarpız, əncir və şəkər çuğunduru kimi meyvələrdən əldə edilən bəhməz meyvə şirələrinin qaynadılaraq konsentrat halına gətirilməsi ilə hazırlanır. Yüksək şəkər tərkibi sayəsində bəhməz həm enerji verir, həm də kalsium, dəmir, kalium və maqnezium kimi minerallarla zəngindir.

Bəhməz tərkibindəki B vitaminləri (B1, B2, B3) və antioksidantlar sayəsində immuniteti gücləndirir, qanazlığının qarşısını alır və sümük sağlamlığını dəstəkləyir. Bir yemək qaşığı bəhməz (10 qram) təxminən 29 kalori enerji, 1 mq dəmir və 40 mq kalsium ehtiva edir. Həmçinin qan təzyiqinin tənzimlənməsində və bədən müqavimətinin artırılmasında əhəmiyyətli rol oynayır. Öskürək və balğam problemlərində təsirli olduğu, hətta ağız içində yaranan yaraların sağalmasına yardım etdiyi qeyd olunur.

Bəhməz xüsusilə böyümə çağında olan uşaqlar, iştahsızlıq və halsızlıq problemi yaşayanlar üçün çox faydalıdır. Hamilə və süd verən analar, eləcə də xəstəlikdən sağalma mərhələsində olanlar bəhməz istehlakını menyularına əlavə etməlidirlər. Bununla belə, şəkər xəstələri bəhməzi məhdud miqdarda istifadə etməlidirlər, çünki tərkibindəki şəkər dərhal qana qarışır.

Bəhməzin düzgün saxlanılması vacibdir. Evdə hazırlanan bəhməz günəş işığından uzaq, otaq temperaturunda saxlanmalıdır. Mağazadan alınan və qapağı açılmış bəhməz isə soyuducuda qorunmalıdır. Bəhməz yüksək temperatura məruz qalmamalıdır; əgər donarsa, 70°C-dən aşağı temperaturda əridilməlidir. Həddindən artıq bəhməz istehlakı həzm problemlərinə, o cümlədən ishala səbəb ola biləcəyindən, balanslı şəkildə istifadə olunmalıdır. Günlük olaraq böyüklər 1-2 yemək qaşığı, uşaqlar isə 1-2 çay qaşığı bəhməz qəbul edə bilərlər.

İsmayıl
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Yanvar 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri