Icma.az
close
up
RU
Dərimiz niyə pulcuqlanır, qaşınır? AÇIQLAMA

Dərimiz niyə pulcuqlanır, qaşınır? AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bir çox insan qış aylarında əllərinin üstündə və bədənin müxtəlif nahiyələrində yaranan pulcuqlanma və qaşınmalardan narahat olduğunu bildirir.

Bəs buna səbəb nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında dermatoloq Tünzalə Feyziyeva bildirdi ki, qış aylarında havanın rütubətinin azalması, dərinin nəm balansının itirilməsi, yəni nəm balansının pozulması dəridə quruluq, qaşınma və çatlamalara səbəb ola bilər:

"Bundan əlavə, çox isti suyla yuyunmaq, eyni zamanda isidici vasitələrin, kombilərin və s. evlərdə, otaqlarda havanın rütubətini azaltması da buna səbəb ola bilər. Eyni zamanda, qışda maye qəbulunun, daxilə qəbul olunan mayenin azalması və dəridə baş verən yenə də nəmin itirilməsi, dəri baryerinin pozulması bütün bu əlamətlərə gətirib çıxara bilər. Nəticədə dərinin səthi qabıqlanır, pulcuqlanır, qaşınır və çatlar əmələ gəlir. Yanaşı olaraq, mütləq şəkildə ekzeması, seboreik dermatiti və atopik dermatiti olan xəstələrdə hansı ki, dəri baryeri pozulmuşdur, bu tipli əlamətlər qış dövründə havaların soyuması zamanı artır. Bu da dəri baryerinin pozulması ilə əlaqədardır".

Müsahibimizin sözlərinə görə, bütün bunların qarşısını almaq üçün mütləq şəkildə dəri baryeri bərpa olunmalıdır:

"Bol-bol nəmləndirici kremlərdən istifadə olunmalıdır və daxildən bol maye qəbulu tövsiyə olunur ki, dərinin nəm balansı bərpa olunsun. Eyni zamanda, daxildən bəzi vitamin çatışmazlıqları, vitamin komplekslərinin qəbulu da məsləhətdir. Məsələn, A, E, D vitamini və omeqa-3 kimi qida əlavələrinin qəbulu məsləhətdir ki, dəri baryeri bərpa olunsun və dəridə olan quruluq aradan götürülsün. Əgər qaşınma çox olarsa, quruluqdan əlavə yenə də qaşınma davam edərsə, bu zaman dermatoloqa müraciət etməklə dermatoloji müalicə almaq da tövsiyə olunur".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Yanvar 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri