Icma.az
close
up
RU
Dərimizdəki 10 əlamət bizə sağlam və ya xəstə olduğumuzu deyir

Dərimizdəki 10 əlamət bizə sağlam və ya xəstə olduğumuzu deyir

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Dərimiz bizim güzgümüzdür – desək yanılmarıq məncə, qarşımızdakı insanın dərisinə baxıb sağlamlığı haqqında yetərincə məlumatlanmaq olar.

Aşağıda yazdığım yazıda dəri rənginin dəyişməsi dəridəki səpgilər, hansı vitamin və mineral çatışmazlığının dərimizə təsiri və sairələrin bizim sağlamlığımıza necə təsir etdiyini görəcəksiniz.

1. Dəri solğunluğu, quruluğu: Əgər dərinizdə solğunluq, quruluq, tük tökülməsi əlamətləri varsa heç bir təlaşa düşməzdən əvvəl gündə 2-3 litr çiy su içməyə başlayın. Bunu 2-3 həftə etdikdən sonra dəri əlamətlərinə baxın, əgər keçməsə qandan analiz verərək qanda qalxanabənzər vəz hormonlarını yoxlatdırın. Qalxanabənzər vəzin zəif işləməsi, qanda yodun çatışmazlığı varsa saydığım dəri əlamətləri tez yorulma, əsəbilik və ürəkdöyünmələrdə olmalıdır. Analizdə vəzin çatışmazlığı yəni hipoterioz varsa 500 qram qurudulmuş yaşıl qozu üyüdüb toz formasına salın, üstünə 1.5 kq bal qarışdırıb məcun hazırlayın, məcundan gündə 2 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeyin. Hər 3 aydan bir qalxanabənzər vəzin hormonlarını yoxlatdırın. Əgər dəri quruluğu varsa və qalxanabənzər vəzidə bir problem yoxdursa, onda belə edin – 2 ay səhər ac qarına 1 stəkan kök şirəsi, axşam ac qarına 1 stəkan balqabaq şirəsi için.

2. Əgər saçlarınız sürətlə ağarmağa başladısa: 2 stəkan suyun üstünə 1 stəkan buğda tökün, 12 saatdan sonra süzüb suyunu hər 6 saatdan bir için, 1 stəkan buğdanın üstünə 5 dəfə hər dəfə 2 stəkan su tökdükdən sonra buğdanı atıb yenisini hazırlayın, bunu 2 ay edə bilərsiniz, Buğda suyunun dadı xoşunuza gəlməsə hər bir stəkan buğda suyunun üstünə 1 xörək qaşığı limon şirəsi, 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz. Turp çox yemək saç ağarmasının qarşısını alır.

3. Əgər göz altında şişkinlik və rəng dəyişməsi varsa: Gündə 3 dəfə 1 çay qaşığı ud hindi tozunu 1 stəkan qaynar suya qarışdırıb ilıq olanda 1 çay qaşığı bal qarışdırıb için, bunu 2 ay edin. Xatırladım ki, gözaltı şişkinlik və rəngin dəyişməsi böyrək, qaraciyər və ürək xəstəlikləri zaman ola bilir. Ud hindi saydığım bütün orqanlara müsbət təsir edir.

4. Əgər dərinizdə çibanlar çox çıxarsa: Hicama etdirin, hicama dəri sağlamlığı üçün mükəmməl bir çarədir. Hicama nəinki dəri çibanlarına, eyni zamanda dəridəki sızanaqlar, səpgilər varsa faydalı bir müalicə vasitəsidir.

5. Sifətdəki sızanaqlar və göbələk xəstəliyi: Əgər sifətinizdə, kürəyinizdə sizi narahat edən sızanaqlar tez-tez çıxırsa dərinizdə əl və ayaq barmaqlarınızda göbələk varsa, ayaq baldırlarında, paça arasında qaşınmalardan əziyyət çəkirsinizsə alma sirkəsindən istifadə edin. Alma sirkəsinin təbii olması vacib şərtdir. Alma sirkəsini pambıqla gündə iki, üç dəfə dərinizə vura bilərsiniz.

6. Dəridəki nöqtəvari xalların çoxalması: Əgər dərinizdə nöqtəvari xallar çoxalırsa, deməli dərinizin immun qabiliyyəti azalıb. İmmunitetin yüksəldilməsi bu xalların azalmasına səbəb olacaqdır. Xatırladım ki, bu xallar HPV viruslarıdır, təhlükəli deyillər, amma insanı göründüyündən yaşlı göstərə bilirlər. Gündə 2 dəfə dərinizə qarazirə yağı çəkin, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı qarazirə yağı için, bu həm bədən müqavimətini, həm də dəri müqavimətini artırdığından dəriniz təmizlənəcəkdir.

7. Dəridəki kiçik qabarcıqlar və qabıqlanmalar: Bu daha çox A vitamini və sink mineralının çatışmazlığı nəticəsində baş verir. Gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan kök və balqabaq şirələrinin qarışığını için, bunu 2 ay edin, qoz, fındıq, xurma, badam, günəbaxan, araxis, zəyərək tumu, balqabaq toxumu, kərə yağı, yumurta bol-bol yeyin, əlamətlər aradan qalxacaqdır.

8. Dodaq çatlaması: Əgər dodaq çatlaması varsa, çiy su içmənizi çoxaldın, gündə 2-3 litr çiy su için. Şəkərinizi yoxlatdırın, şəkər xəstəliyi zamanda ağız quruluğu olduğundan dodaqlarda çatlama ola bilir. Əgər dodaqda çatlama və rəng dəyişməsi varsa onda B qrup vitaminlərin çatışmazlığı ola bilir, bol-bol göyərti yeyin, yaşıl buğda suyunu için, balqabaq şirəsi için, badam balqabaq tumu, araxisdə zəngin sink olduğundan dodaq çatlamasına faydalıdır.

9. Dəri qalınlaşması: Əgər qarşınıza belə bir adam çıxıbsa, əsasən qadın xeylaqlarında belə bir dəri qalınlaşması varsa, belə xanımların bədən formaları dəyişir kişi bədəninə bənzəyir, boyun ardında bir şişkinlik əmələ gəlir, belə insanlar hormonal dərmanlar qəbul edir. Bunu onlara çatdırın, hormonal dərmanlar bütün bədən formasını dəyişir, insanı eybəcərlişdirir. Xatırladım ki, hormonal dərmanları ziyansız dərman bitkilərinə dəyişmək olur. Bu bitkilər: Ərküdə, Biyan kökü, Aslan pəncəsi, Ud hindi, Qarazirə, Boymadərən, Adaçayı, Güldəfnə və s.

10. Dəridəki tüklənmələr: Bu daha çox qadınlarda baş verir sifətdə və bədəndə kişi tüklənməsinə bənzər tüklənmələr baş verir, belə xanımlarda adət düzənsizliyi və diskomfort hallar meydana gəlir. Belə xanımlar ərküdə, aslan pəncəsi və boymadərən bitkilərini bir-birinə qarışdırıb, qarışıqdan 2 orta xörək qaşığı götürüb 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içsinlər. Müalicəni 2 ay edib bir ay isə 1 ovuc soğan qabığını 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan soğan qabığının suyunu içsinlər.

Fizulihuseynov.com

.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri