Dərin dövlət ABŞ Rusiya dialoqunu pozmaq üçün gücdən istifadə etdi
Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dərin dövlət öz nüfuzundan istifadə edərək ABŞ ilə Rusiya arasında hər hansı dialoqun qarşısını almağa çalışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
“Dərin dövlət öz hakimiyyətindən istifadə edərək ABŞ ilə Rusiya arasındakı istənilən dialoqu sabotaj edib və bu dialoqu dəstəkləməyə cəsarət edən hər kəsi məhv etməyə çalışıb", - o qeyd edib.
Onun fikrincə, korrupsiyaya qarşı araşdırmalar üzrə ixtisaslaşmış Rusiyalı internet nəşri "Russiagate"in düşüncə tərzi Ukrayna münaqişəsinin əsasını təşkil edib. O qeyd edib ki, "Russiagate" diplomatiyanı kriminallaşdırmaqla geosiyasi düzəni kökündən dəyişib.
Xatırladaq ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Moskva Vaşinqtonla dialoqun davam etdirilməsinə və xeyli pozulmuş ikitərəfli münasibətlərin bərpasına ümid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 21 İyul 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















