Icma.az
close
up
RU
“Dərin dövlət” Trampı seçdi “Bu, Putin, Ərdoğan və İlham Əliyevin qələbəsidir” KONKRET

“Dərin dövlət” Trampı seçdi “Bu, Putin, Ərdoğan və İlham Əliyevin qələbəsidir” KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Dünyanın böyük intizarla gözlədiyi ABŞ-dəkı 5 noyabr seçkilərinin ilkin nəticəsi artıq bəllidir: Donald Tramp yeni prezidenti olacaq. Bu, təkcə ABŞ respublikaçılarının, Trampın yox, həm də 2020-ci ildə bizim ölkəmiz – Azərbaycan üzərində qurulmuş qeyri-rəsmi “Qarabağ İttifaqı”nın – Putin – Ərdoğan – Əliyev üçlüsünün qələbəsidir. Hər üçü açıq şəkildə Trampı dəstəkləyirdi”.

KONKRET.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şükürlü qeyd edib.

O bildirib ki, bütün dünya Bayden-Harris duetinin timsalında ABŞ qlobalistlərinin özlərinin ağır məğlubiyyətini izləyir:

“ABŞ demokratlarının Bayden-Harris administrasiyası son 4 ildə hər üç liderin hakimiyyətdən uzaqlaşdırılması və onların Qərbpərəst şəxslərlə əvəzlənməsi üçün əllərindən gələni etsə də, bunu bacarmamışdı. Trampın seçilməsi o deməkdir ki, nüvə müharibəsiylə üz-üzə qalmış dünya bu təhlükədən qurtulmaqla, daha əvvəlkitək olmayacaq. ABŞ-nin qlobal liderlik iddiası iflasa uğrayır və 2025-ci ildən dünya yeni geosiyasi tarazlığın qurulmasına gedəcək.Trampın seçilməsinin ilk nəticəsi isə, böyük ehtimalla, ABŞ demokratlarının uğursuzluğa düçar olduqları Qara dəniz – Xəzər dənizi hövzəsi regionunda görünəcək. Bayden-Harris hökumətinin bu xətdə əsas alətləri olan Zelenski və Paşinyan ya sakitcə onlara təklif edilən “sülh planı”yla razılaşmağa, ya da hakimiyyətdən getməyə məcbur qalacaqlar”.

Ekspert Yaxın Şərqdə də gərginliyin azalacağına ümid edildiyini bildirib:

“Tramp dönəmində Yaxın Şərqin bitmək bilməyən savaşına – İsrail-Fələstin münaqişəsinin həllində “ikidövlətli həll” modelinin real tətbiqiylə, nəhayət, son veriləcəyinə də böyük ümidlər yaranır. Yeri gəlmişkən, ABŞ demokratlarının xarici siyasətinin beyni sayılan məşhur strateq Zbiqnev Bjezinski hələ 2012-ci ildə çap olunan “Strateji baxış” adlı kitabında ABŞ üçün qlobal liderliyin başa çatacağı və yeni geosiyasi tarazlığın qurulacağı tarix kimi, məhz 2025-ci ili göstərmişdi. Deməli, ABŞ “dərin dövlət”i yeni nizama çoxqütblü dünya tərəfdarlarının dəstəklədiyi Trampla getməyə qərar verib və ABŞ-nin öz daxilinə çəkilmək vaxtıdır”.

Məlik,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Noyabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri