Icma.az
close
up
RU
Dərinizi yaza hazırlayın Kosmetoloji məsləhətlər

Dərinizi yaza hazırlayın Kosmetoloji məsləhətlər

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mütəxəssislər qeyd edirlər ki, yaz mövsümündə biorevitalizasiya, kollagenoterapiya və bütün mövsümlər üçün uyğun olan pilinqlər daha çox seçilir. Biorevitalizasiya dərinin qoruyucu baryerini bərpa edir və uzunmüddətli nəmlənməni təmin edir.
Dərinin yay mövsümünə hazırlanmasında SMAS-liftinq də geniş tətbiq olunur. Bu üsul yüksək tezlikli ultrasəs dalğalarından istifadə etməklə üz dərisinin dartılmasına və yağ toxumasının həcminin azaldılmasına kömək edir. Nəticədə dəri daha elastik və məsaməsiz olur, üz konturları isə cərrahi müdaxilə olmadan yaxşılaşır.
Bundan əlavə, mimik qırışların aradan qaldırılması üçün botulinum toksin (botoks) inyeksiyaları da yaz aylarında populyar prosedurlar sırasındadır. Eyni zamanda, üz ovalının korreksiyası və yorğunluq əlamətlərinin azaldılması məqsədilə travmasız aparat prosedurlarına üstünlük verilir.
İnyeksiyasız tətbiq olunan Dermadrop texnologiyası da geniş istifadə olunur. Bu üsul oksigen təzyiqi vasitəsilə aktiv maddələrin dərinin dərin qatlarına çatdırılmasını təmin edir, nəticədə dərinin nəmlənməsi və qidalanması güclənir. Prosedurun ağrısız olması və bərpa dövrü tələb etməməsi onun populyarlığını artırır.
Bundan başqa, yaz aylarında “İncə üz” adlı patentləşdirilmiş mezoterapiya proseduruna da maraq yüksəkdir. Bu metod şişkinliyin aradan qaldırılmasına və üz konturlarının yaxşılaşdırılmasına yönəlib ki, bu da xüsusilə qış mövsümündən sonra aktual olur.
Analitik məlumatlara görə, aparat kosmetologiyası bazarında 2025-ci ildə 23,1 milyon prosedur həyata keçirilib ki, bu da əvvəlki illə müqayisədə 40% çoxdur. İnyeksion prosedurların sayı isə 32% artaraq 11,5 milyona çatıb.
Mütəxəssislərin fikrincə, ən populyar aparat prosedurları lazer texnologiyaları və RF-liftinqdir. Biorevitalizasiya sahəsində isə hialuron turşusuna alternativ olan komponentlər – kollagen, süksin (yantrar) turşusu və polilaktik turşu tərkibli məhsullara maraq artır.
Röya Əliyeva
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Aprel 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri