Icma.az
close
up
RU
Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır?

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır?

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Əlavə təsirlər barədə bildirişlər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə elektron şəkildə və ya kağız daşıyıcı da təqdim edilə bilər”.

Moderator.az xəbər verir ki, bu fikirləri “Sağlam radio” nun (93 FM) “Sağlam səhər” proqramında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin eksperti Fəridə Aslanlı açıqlayıb.

Onun sözlərinə görə, əlavə təsirlər barədə bildiriş təqdim edilərkən müəyyən məlumatların qeyd olunması zəruridir:

“Başqa sözlə, əlavə təsirlər barədə bildirişlərdə əks etdirilməli olan minimum məlumatlar aşağıdakılardır:

bildirişi təqdim edən şəxs barədə məlumatlar;
pasient haqqında məlumatlar;
dərman vasitəsi haqqında məlumatlar;
əlavə təsir haqqında məlumatlar.

Əlavə təsirlər haqqında bildirişlər ilkin olaraq qəbul edildikdə, onların ehtiva etdiyi məlumatlar natamam ola bilər. Belə hallarda əlavə təsirin yaranma səbəblərini elmi cəhətdən qiymətləndirmək və digər zəruri məlumatları əldə etmək məqsədilə bildirişlər əlavə araşdırılır”.

F. Aslanlı bildirib ki, əlavə təsir barədə məlumat bilavasitə pasientdən və ya istehlakçıdan alındıqda və təqdim olunan məlumatlar natamam olduqda, əlavə məlumatların əldə edilməsi məqsədilə müvafiq tibb işçisi ilə əlaqə saxlanılmasına razılığın alınmasına cəhd göstərilməlidir:

“Şübhəli əlavə təsirlər haqqında kağız formatında təqdim edilən bildirişlər və elektron məlumatlar, o cümlədən pasientlərin və bildiriş təqdim edən şəxslərin identifikasiyasına imkan verən şəxsi məlumatlar, məlumatların toxunulmazlığına dair milli qanunvericiliyin tələblərinə uyğun olaraq saxlanılmalı və digər tibbi qeydlərlə eyni qaydada qorunmalıdır.

Farmakonəzarət üzrə məlumatların konfidensiallığının və təhlükəsiz saxlanılmasının təmin edilməsi məqsədilə sənədlərə və məlumat bazasına yalnız səlahiyyətli personalın çıxışına ciddi nəzarət olunur. Təqdim edilən şəxsi məlumatların konfidensiallığı “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın 19.2-ci bəndinin tələblərinə əsasən Mərkəz tərəfindən təmin edilir.

Əlavə olaraq qeyd edim ki, Mərkəz əlavə təsirlər barədə bildirişlərdə toplanan məlumatların müntəzəm olaraq Ümumdünya Səhiyyə Təşkilatının Dərman Vasitələrinin Monitorinqi Mərkəzinə təqdim olunmasını da təmin edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Oktyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri