Dərmandan zəhərlənərək ölən şəxs müəllim imiş TƏFƏRRÜAT + VİDEO
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Gəncə şəhərində dərman vasitəsindən zəhərlənmə faktı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, digərinin isə vəziyyəti stabildir.
"Yeni Sabah" "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Üzeyir Hacıbəyov küçəsindəki çoxmərtəbəli binaların birində baş verib.
68 yaşlı şəhər sakini Alik İsmayılovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılmasına baxmayaraq, onun artıq yolda keçindiyi müəyyən edilib.
Qonşulardan biri bildirib ki, həmin şəxs sakit biri idi: "Arada təzyiq problemləri olurdu, çox sakit və mehriban adam idi. Məktəbdə musiqi müəllimi işləyirdi. Axşam saatlarında evinə təcili yardımın gəldiyini gördük. Çox təəssüf ki, onu xilas etmək mümkün olmadı. Belə bir hadisənin yaşanması hamımızı sarsıtdı.".
Eyni ünvanda yaşayan 41 yaşlı Samir Əliyev də oxşar diaqnozla Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili yardım şöbəsinə gətirilib. Həkimlər tərəfindən ona zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 25 Aprel 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















