DərnəgülBakmil marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.
Bu barədə "APA-Economics" “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Qeyd edilib ki, qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.

