“Dərnəgül”dən gələn qatarlar “Xətai”yə kimi hərəkət edəcəklər”
Icma.az, Shownews portalına istinadən məlumat verir.
“Prezident İlham Əliyevin “Bakı Metropoliteni” QSC qarşısına qoyduğu mühüm vəzifələrdən biri sıxlığın azaldılması istiqamətində tədbirlərin görülməsidir”.
Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov deyib. O bildirib ki, buna ilkin mərhələdə intervalın azaldılması ilə nail olmaq mümkündür. Bu isə bir neçə faktora əsaslanır.
“Birinci ən mühüm faktorumuz “Qırmızı xətt”lə “Yaşıl xətt”in birləşdiyi “C.Cabbarlı”-“28 May” stansiyasında xətlərin ayrılmasıdır. Dünya praktikasında da göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi hərəkət sıxlığını azaltmaq üçün mühüm əhəmiyyət kəsb edir. İlkin planımız bu stansiyaları ayırmaq olacaq. Belə ki, “Dərnəgül” stansiyasından gələn qatarlar “Xətai” stansiyasınadək davam edəcək. “İçərişəhər” stansiyasından başlayan qatarlar isə “Həzi Aslanov” istiqamətində hərəkət edəcəklər”, - V. Aslanov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 24 Yanvar 2025 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















