Icma.az
close
up
RU
Dərs demək üçün Bakıdan Xankəndiyə gedir... “Bütün işlərimi yolda həll edirəm”

Dərs demək üçün Bakıdan Xankəndiyə gedir... “Bütün işlərimi yolda həll edirəm”

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Qarabağ Universitetinin müəllimi Arzu Şükürova həftədə iki dəfə Xankəndiyə gedərək orada tədris fəaliyyətini həyata keçirir və həmin gün geri Bakıya qayıdır.

Arzu müəllim bildirib ki, Xankəndiyə dərs deməyə getdiyi günlər saat 04:30-da oyanır və 06:00-da evdən çıxır.

Modern.az xəbər verir ki, AzEdu.az Arzu müəllimlə əlaqə saxlayaraq Xankəndidəki tədris fəaliyyəti, səyahətlərin təşkili və gündəlik iş rejimi ilə bağlı təəssüratlarını öyrənib.

Müsahibəni təqdim edirik:

- Sizin dərs demək üçün Bakıdan Xankəndiyə səfər etməniz sosial şəbəkələrdə və ictimaiyyət arasında böyük maraq və reaksiyalara səbəb olub. Çox istərdik, sizin kimi fədakar müəllimi daha yaxından tanıyaq.

-  Mən, Arzu Şükürova Elşad qızı, 1995-ci ildə Bakıda anadan olmuşam. 2012-ci ildə 43 saylı Bağça-Məktəb-Lisey kompleksini fərqlənmə ilə bitirmişəm. Elə həmin ildən Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq fakültəsinə qəbul olmuşam. Daha sonra, 2016-cı ildə məzun olub, əmək fəaliyyətinə başlamışam. Müxtəlif qurumlarda və vəzifələrdə çalışmışam.

Pedaqoji fəaliyyətlə məşğul ola bilmək üçün 2022-ci ildə Bakı Dövlət Universitetinin magistratura pilləsinə qəbul olmuşam. Hüquqşünaslıq fakültəsinin informasiya hüququ ixtisası üzrə təhsil almışam və hər iki ali təhsili fərqlənmə ilə bitirmişəm. Qarabağ Universiteti mənim əlavə iş yerimdir. Yəni, eyni zamanda digər bir qurumda da fəaliyyət göstərirəm.

- Universitetdə hansı fənni tədris edirsiniz?

- Universitetdə III kurs SABAH qruplarının Hüquq fakültəsi tələbələrinə dərs keçirəm.

- Dərs demək üçün uzun bir yol qət edirsiniz və bu, sosial şəbəkələrdə də diqqət çəkib. Niyə Xankəndidə qalmaq əvəzinə hər dəfə Bakıya qayıtmağı üstün tutursunuz?

- İlk növbədə qeyd etmək istəyirəm ki, pedaqoji fəaliyyətlə məşğul olmaq həmişə məqsədim olub. Sırf bu arzuyla magistratura təhsili almışam. Qarabağ Universitetində işləmək mənim üçün böyük fəxrdir və çox sevinirəm ki, ilk pedaqoji təcrübəm məhz burada nəsib oldu. Eyni zamanda Bakıda başqa bir qurumda da fəaliyyət göstərdiyim üçün Xankəndində daimi yaşaya bilmirəm. Bu səbəbdən universitetə gedib dərs keçdikdən sonra geri Bakıya qayıtmaq mənim üçün ən uyğun variantdır.

- Bəs, nə üçün Qarabağ Universitetində müəllim kimi fəaliyyət göstərmək qərarına gəldiniz?

- Mən magistratura pilləsini bitirdikdən sonra peşəkar axtarışlara başladım və həmin vaxt universitetin vakansiyası ilə qarşılaşdım. Daha sonra müraciət etdim. Bu torpaqlar üçün şəhidlərimiz canlarını, qazilərimiz sağlamlıqlarını qurban verib. Mən də bir növ vətənə olan borcumu yerinə yetirmək üçün burada fəaliyyət göstərməyi qərara aldım. Peşəm, əslində, vətənin keşiyində durmaq kimi bir şeydir. Qarabağ bölgəsindən olmasam da, özümü bu borca görə məsul hiss edirəm. 

- Səhər tezdən oyanıb gec saatlarda evə qayıtmaq sizi fiziki və mənəvi cəhətdən necə təsirləndirir? Bu, sizin üçün çətin olmur?

Mən həmişə səhər tezdən oyanan biri olmuşam, demək olar ki, hər gün saat 5-də ayağa dururam. Yol əlbəttə ki, yorucudur: 5 saat oturaq gedib, eyni qaydada 5 saat geri dönmək fiziki cəhətdən çətin ola bilər. Amma mən əlavə olaraq təbiət yürüşləri ilə məşğul oluram ki, bu da hərəkətimi və fiziki dözümlülüyümü təmin edir.

Yolda vaxt itirdiyimi düşünmək olar, amma əslində bu yol mənə çox şey qazandırır. Dərslə bağlı bütün işlərimi yolda hazırlayıram, əlavə kitablar oxuyub mütaliə edə bilirəm. Əgər yalnız “5 saat yol gedirəm” deyib fokuslansaydım, əlbəttə ki, heç nə əldə edə bilməzdim. Lakin mən bu yolu necə dəyərləndirə biləcəyimi düşünürəm.

Motivasiya mənbəyim isə tələbələrdir. Onların aktivliyi və dəstəyi mənim enerjimi bərpa edir. Tələbələrdən aldığım müsbət geridönüşlər bütün yorğunluğumu unudur və mənim üçün ən böyük stimul olur.

- Arzu müəllim, həftədə neçə gün dərs keçirsiniz?

- Həftədə iki dəfə. Birinci və dördüncü günlər dərs deməyə gedirəm.

- Bəs ailəniz bu qərarı necə qarşıladı? 

- İlk müsahibədən sonra ailəmə xəbər verdim, çünki istədim ki, məlumat tam dəqiq olsun və onları daha sonra sevindirə bilim. İlk növbədə çox sevindilər və fəxr etdilər. Lakin yol məsələsinə görə narahat oldular. Təbii ki, bir ailə kimi narahat olmaları normaldır, amma indi artıq alışıblar. Hər şey qaydasındadır.

- Qarabağ Universitetində tədris prosesi necə təşkil olunub və tələbələrin dərsə yanaşması sizi qane edirmi?

- Hazırda dərs dediyim tələbələr çox aktiv və məsuliyyətlidirlər. Onlar Bakı Dövlət Universitetinin SABAH qruplarıdır və Qarabağ Universitetində II kurs üzrə təhsil alırlar. Mənim etdiyim fədakarlığı onlar da göstərir. Ailələrini uzaqda qoyub təhsil alırlar. Mən həftədə ən azı 4-5 gün Bakıya gəlib ailəmi görürəm, amma onlar bəzən aylarla tək qalırlar. Ona görə də onların fədakarlığını yüksək qiymətləndirirəm.

- Arzu müəllim, Qarabağ Universitetində ilk dərs gününüzü necə xatırlayırsınız?

- İlk dərs günü təbii ki, müəyyən şirin bir həyəcan var idi. Əslində, tələbələrlə işləməyim ilk dəfə deyil. Şəxsi inkişaf sahəsində mentorluq təcrübəm var və tələbələrlə mütəmadi olaraq çalışmışam. Bununla belə, universitet auditoriyası tamamilə fərqli bir təcrübədir və burada olan dinamika, dərs prosesi mənim üçün yeni bir sınaq oldu

- Tələbələrlə işləmək sizə necə təsir edir, bəzən yorucu olmurmu?

- Bəli, düşünürəm ki, bu təcrübə məni daha məsuliyyətli edib. Əsas iş yerimdə etdiklərimə cavabdeh olduğum kimi, indi tələbələrimin nəticələrinə də cavabdeh hiss edirəm

Tələbələrim əvvəlcə düşünürdülər ki, mən də digər müəllimlər kimi Xankəndidə qalacam. Lakin bir neçə dəfə avtobusda qarşılaşdıqda soruşdular: "Müəllim, necə yəni burda qalmırsınız? Biz bir dəfə gedib qayıtmaqla yoruluruq, siz bu rejimə necə dözürsünüz?". Onların bu sualları təəccüb doğururdu, amma eyni zamanda fədakarlığımı müsbət qarşılayır və qiymətləndirirlər. Yaş fərqimiz çox olmasa da, müəllim-tələbə münasibətlərimiz olduqca səmimi və pozitivdir.

- Heç Xankəndidə yaşayıb, orada tam ştatlı işləməyi düşünmüsünüzmü?

- Əsas iş yerim olmasa, əlbəttə ki, bunu dəyərləndirərdim. Niyə də yox?

- Həm gənc, həm də peşəsini sevən bir müəllim kimi gələcək nəsil üçün gənclərə nə tövsiyə edərdiniz?

-  Sözsüz ki, mənim kimi gənc müəllimlərdən qat-qat təcrübəli və peşəkar müəllimlər var. Gələcəkdə müəllim olmağı arzulayanlara tövsiyəm budur: öz üzərində daim işləsinlər, zamanla ayaqlaşmağa çalışsınlar və dərs verəcəkləri auditoriyanı yaxşı tanısınlar.

Məsələn, mən dərs deməyə başlamazdan əvvəl çox geniş araşdırma etmişdim. Ən önəmlisi isə sahələrini dərindən bilməli, həmçinin milli-mənəvi dəyərləri qoruyub saxlamağı bacarmalıdırlar.

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri