Icma.az
close
up
RU
Dərs saatlarında dəyişiklik valideynlər üçün çətinlik yaradacaq Təhsil eksperti

Dərs saatlarında dəyişiklik valideynlər üçün çətinlik yaradacaq Təhsil eksperti

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

İbtidai sinif şagirdlərinin dərsə səhər saat 8-də başlaması və bunun üçün saat 7-də, havanın hələ aydınlanmadığı saatlarda qalxaraq hazırlaşması həm azyaşlılara, həm də valideynlərə çətinlik yaradır. Sosial şəbəkələrdə son vaxtlar dərslərin ibtidai siniflər üçün saat 9-da başlanması ilə bağlı müzakirələr artıb. 

Digər tərəfdən II növbə olan siniflərin dərsdən gec çıxması təhsil sahəsində aktual məsələlərdən biridir. Bu şagirdlərin fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Bəzi məktəblərdə 3-cü növbə dərsə gedən şagirdlər də var və bu zaman dərslər daha gec bitir.  

Təhsil eksperti  Adil Əliyev bu problemin mümkün həll yolları ilə bağlı Sitat.info -ya danışıb. 

O bildirib ki, məktəblərdə dərs saatının dəyişdirilməsi həm şagirdlər, həm də müəllimlər üçün çox çətinlik yarada bilər: "Bunun başlıca səbəblərindən biri, məktəbdə 1-ci növbə dərslərinin 08:00-da başlaması və valideynlərin bir çoxunun işə gedərkən, övladını məktəbə yola salmasıdır. Dərslər gec başlayarsa, bu valideynlər üçün çətinlik yaradacaq.  Digər tərəfdən, ikinci növbə dərslərə baxsaq, saat 6-7-ə kimi davam edir və sözsüz ki,  o saatda çıxan şagird axşam qaranlığına qalır. Buna görə, valideyn də narahat olur, şagirdlər də müəyyən çətinliklər çəkə bilər. Müəllimlərə gəldikdə isə, axşam evə getdikdən sonra istirahət edə bilmir, əlavə iş görə bilmirlər".

Ekspertin sözlərinə görə, şagirdlərlə tələbələr arasındakı yaş fərqi özünü dərs saatlarında göstərir və belə də olmalıdır: " Nəzərə alsaq ki, bir çox məktəblərdə dərslər ikinövbəli tədris edilir, buna toxunmaq olmaz. Universitetlərdə dərs saatının gec başlayıb, gec bitməsi problem olmur, çünki, təhsil alan gənclər artıq sərbəst şəkildə gedib-gələ bilir. Bunu şagirdlərlə müqayisə etmək heç doğru olmaz".

Ekspert sonda şagirdlərin dərsdən başqa fənn hazırlıqlarına getdiyini, yetərincə yorulduğunu, dərs saatının dəyişdirilməsinin onların nahar və istirahət fasilələrinə təsir edəcəyini də əlavə edib.


Türkanə Muradlı
Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sitat.info
archiveBu xəbər 17 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri