Deşam: Bu məğlubiyyət bizim üçün ciddi xəbərdarlıq oldu
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa millisinin baş məşqçisi Didye Deşam Fil Dişi Sahilinə qarşı yoldaşlıq oyununda alınan 1:2 hesablı məğlubiyyəti şərh edib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşmadan sonra verdiyi açıqlamada nəticədən narazı qaldığını, lakin bunu dünya çempionatı öncəsi vacib dərs kimi qiymətləndirdiyini bildirib:
"Əlbəttə, heç bir məğlubiyyət xoş deyil. İlk hissədə hesab arasındakı fərqi artırmaq üçün yaxşı imkanlarımız oldu, amma bundan yararlana bilmədik. İkinci hissədə etdiyimiz çoxsaylı dəyişikliklər komandaya müsbət təsir göstərmədi. Əksinə, oyunçular arasındakı anlaşma və tarazlıq pozuldu", – deyə Deşam vurğulayıb.
Mütəxəssis Afrika komandalarına qarşı oyunların həmişə çətin keçdiyini də qeyd edib:
"Belə rəqiblər Fransa ilə qarşılaşanda maksimum motivasiya ilə meydana çıxırlar. Onlar fiziki cəhətdən çox güclü və aqressiv futbol nümayiş etdirirlər. Bu məğlubiyyət bizim üçün ciddi xəbərdarlıq oldu".
Deşam hazırkı vəziyyəti faciəyə çevirmək istəmədiyini də bildirib:
"Bu nəticəni böyütmək istəmirəm. Necə ki, əvvəlki qələbələrimizi də həddindən artıq şişirtmirdik. Qarşıda bizi daha bir ciddi sınaq gözləyir. İyunun 16-da Seneqal millisi ilə qarşılaşacağıq. Artıq bəhanələrə yer yoxdur. Səhvlərimizdən nəticə çıxarıb daha yaxşı çıxış etməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 İyun 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















