Dəstə üzvləri dəfn zamanı rəqiblərinin tabutunu yandırdılar
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Braziliyada dəstə üzvləri qohumların qarşısında dəfn mərasimi zamanı ölən rəqiblərinin tabutunu yandırıblar.
Lent.az xarici mediaya istinadla bildirir ki, mərhum hadisədən 1 gün əvvəl polislə atışmada öldürülüb.
Məlumata görə, silahlı təcavüzkarlar hadisə yerindən qaçarkən zabitlərə atəş açıblar. Polis cavab atəşi açıb və üç dəstə üzvünü ölümcül yaralayıb.
4 rəqib cinayətkarın qisas məqsədilə vida mərasiminə hücum etdiyi qeyd olunur. Onlar Trierdə keçirilən tədbir zamanı yas tutanları hədələyib və tabutu yandırıblar.
Şübhəlilərdən biri hadisə zamanı üzündən yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Polis həmin gün 18 yaşlı gənci üç şübhəli ilə birlikdə həbs edib.
Hələlik yanğınla bağlı yalnız bir yeniyetmə ittiham olunub. Şübhəliyə vəfat etmiş şəxsin cəsədini təhqir etmə, yanğın törətmə, mütəşəkkil cinayətdə iştirak və azyaşlıya qarşı cinsi təcavüz ittihamları irəli sürülüb. İstintaq davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















