Dəstək 100 minə qaldırılsa, bu məbləğdən də narazı olacaqlar” FİF dən reaksiya
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Ötən gün 2-ci liqa təmsilçisi “Dinamo”nun prezidenti Yaşar Seyidov “Football-plus.az”a açıqlamasında klubun maliyyə vəziyyətinin yaxşı olmamasından danışmışdı.
Əslində 2-ci liqada maliyyə problemi ilə üzləşən klubların sayı çoxdu. Xatırladaq ki, bu liqada mübarizə aparan komandalara dövlət dəstəyi kimi ildə 50 min manat ayrılır. Onlar isə məbləğin azlığından narazıdı.
Bununla bağlı Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevlə əlaqə saxladıq:
“Hər üç liqada klublara ayrılan qrantlar onların yaşaya bilməsi üçün dəstəkdi. Klubların özlərinin gəliri, əlavə maliyyə mənbəyi olmalıdı. Əminəm ki, dəstək 100 minə də qaldırılsa, maliyyəyə əsasən əmək haqqı ödəniləcək, inflyasiya yaranacaq və növəti mövsüm bu məbləğdən də narazı olacaqlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 18 İyun 2025 00:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















