Icma.az
close
up
RU
Devalvasiya olacaq, ancaq vətəndaşın son manatını dollara çevirməsi üçün qorxutmağa ehtiyac yoxdur

Devalvasiya olacaq, ancaq vətəndaşın son manatını dollara çevirməsi üçün qorxutmağa ehtiyac yoxdur

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ötən gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyəti bəyanat qəbul edib. Bəyanatda deyilir: “OPEC+ ölkələrinin 3 may tarixində, iyun ayından başlayaraq, sutkada neft hasilatının 411 min barrel artırılması barədə qəbul etdiyi qərar neftin qiymətinin dərhal 55.3 dollara qədər ucuzlaşmasına səbəb olub. İqtisadiyyatımızın neft gəlirlərindən ciddi asılı olmasına, büdcədə neftin qiymətinin 70 dollar nəzərdə tutlmasına diqqəti çəkən ƏHD Partiyası hökuməti 2016-cı ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Milli iqtisadiyyatın inkişaf perspektivlərinə dair Strateyi Yol Xəritəsi” ilə qarşıya qoyulan vəzifələri gec də olsa, tam olaraq yerinə yetirməyə çağırır.

ƏHD Partiyası hökuməti bir daha özəl sektorun dəstəklənməsi, investisiya cəlbi üçün mülkiyyət toxunulmazlığının təmin edilməsi istiqamətində əlavə tədbirlərin görülməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi, üzən məzənnəyə keçilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbi üçün yerli icra orqanlarına geniş səlahiyyətlər verilməsi, Neft Fondunun vəsaitlərinin bir hissəsinin yerli kommersiya banklarında yerləşdirilməsi ilə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq üçün idarəetmədə islahatların aparılmasına çağırır. Neft Fondu diqqəti vəsaitlərin idarə olunmasından pul qazanmağa yönəltməməlidir. Həmin vəsait iqtisadiyyatın inkişafına daha ciddi təhfə verməyə yönəldilməlidir. Bu halda yaradılan istehsal və emal müəssisələri vergi verəcək, yeni iş yerləri açacaqlar.

ƏHD Partiyası hesab edir ki, neftin qiyməti düşməkdə davam edəcəksə, (təəssüf ki, bu ehtimal böyükdür) yenidən devalvasiyaya getmək qaçılmaz olacaq. ƏHD Partiyası iqtidarı siyasi partiyalarla sosial-iqtisadi vəziyyətin müzakirəsi üçün məsləhətləşmələr aparmağa çağırır”.

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada yeni bir dəyişiklik yoxdur.

Əkrəm Həsənov

“Biz hamımız çoxdan onsuz da gözləyirik ki, neftin qiyməti də düşəcək. Neftin qiyməti düşür. Bəli, bu vəziyyət problemdir. Azərbaycanın ondan da böyük problemi var. Bizdə neft hasilatı düşür, neftimiz azalır. Buna görə də valyuta ehtiyatlarımızın və gəlirlərimizin azalması yaxın illərdə müşahidə olunacaq və nəticədə devalvasiya olacaq. Amma sadəcə, bax belə bir panika yaratmaq ki, "bu dəqiqə olacaq, bu il olacaq". Bu, belə deyil.

Birincisi, neftin qiymətinin düşməsi bizim üçün elə də kritik deyil. Neft hasilatımız da o qədər də düşsə, valyuta ehtiyatlarımız 60 milyarddan çoxdur. Yəni bu kifayətdir ki, Azərbaycan hələ bir neçə il də istəsə, devalvasiyaya getmədən vəziyyti saxlaya bilər. Amma aydındır ki, yaxın illərdə, 3-5 ilə beş ilə devalvasiya qaçılmaz olacaq. Bəli, bunu hamımız bilirik.

O cümlədən, bu bəyanatda qeyd olunan hallar da var. Bəli, ölkə iqtisadiyyatında problemlər var və biznes mühiti zəifdir, iqtisadiyyatın diversifikasiyası yoxdur. Bəli, biz bunları bilirik. Sadəcə mən bunu həmişə deyirəm ki, 3-5 ilə Azərbaycanda devalvasiya qaçılmaz olacaq. Amma buna görə də panika yaratmaq ki, insanlar bu dəqiqə qaçıb əllərində olan son manatlarını dollara çevirsinlər, bu çağırış lazım deyil”-deyə iqtisadçı qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 May 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri