Icma.az
close
up
RU
“Dəvələr”, çantada qırmızı lent… Aparıcı gömrükdə gördüklərini yazdı KONKRET

“Dəvələr”, çantada qırmızı lent… Aparıcı gömrükdə gördüklərini yazdı KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Aparıcı İdris Cəfərov Dövlət Gömrük Komitəsi ilə bağlı araşdırma aparılmasını tələb edəcək. 

KONKRET.az pravda.az-a istinadla xəbər verir ki, o, xaricdən qayıdarkən üzləşdiyi maneələri sadalayıb:

“Bakıya qayıdanda çox maraqlı faktla rastlaşdım. Dubaydan gəlirdim. Hamınız bilirsiniz ki, Dubaya mal aparıb-gətirənlərə “dəvə” deyirlər… Təyyarənin 60-70%-i “dəvələr”dən – mal daşıyan insanlardan ibarət idi. Azərbaycan qanunvericiliyinə görə, bir vətəndaş ölkəyə geri dönərkən 800 dollar məbləğində özü üçün fərdi alış-veriş edə bilər.

Gömrükdə hamının baqajı çıxdı, mənimlə bərabər 5-6 nəfərin baqajı isə çıxmadı. Onlar da turist kimi gedən insanlar idilər. Sonda bizim baqajlar xüsusi qırmızı lentlərlə gəldi, guya içində nəsə var. Çantamda 6 kilo xurma, 4 qutu şokolad, içi çərəzli xurma, oxumaq üçün elektron kitab, tozsoran, 3 ədəd təbii sabun, 3 ədəd ətir var idi, vəssalam. Bütün bunların qiyməti 800 dolları keçmir.

Fikir verdim ki, mənimlə birgə çantasına qırmızı lent yapışdırılan insanların da çantasında heç nə yoxdur. Halbuki ölkəyə bizim reyslə, təxminən, 150 telefon, 50 notbuk, nə lazımdırsa, daxil oldu, heç kimə qırmızı lent yapışdırılmadı. Belə başa düşdüm ki, sadə vətəndaşların çantasına iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar. Hamımızı “qırmızı xətt”ə saldılar. 10 gün pulumu xərcləyib istirahət etmişəm, burnumdan gəldi…

Maraqlısı budur ki, mal gətirənlər yaşıl dəhlizdən keçdilər. Məndən əvvəlki sərnişin pərdə gətirmişdi, telefon gətirməyib. Telefon gətirənlərdən heç kimi “qırmızı xətt”ə salmadılar. Onlar telefonu bəyan etdilər, 36% vergisini ödəyəcəklər. Bəs onların özləri üçün gətirdikləri mal da var axı…

Yoxlama imitasiyası gedə-gedə real gələn mallar ölkəyə daxil olur. Bu sistemin başı haradadır? Soruşdum ki, çantama qırmızı lent nəyə görə yapışdırılıb? Gömrük əməkdaşı dedi ki, xüsusi baxış keçirilməlidir. Dedim ki, problem yoxdur, xurmalara baxmaq istəyirsiniz? Dedi ki, sizi tanıyıram, İdrissiniz, gedə bilərsiniz. Sağ olsunlar hörmət edib, buraxıblar.

Məsələ bunda deyil ki, mən ölkəyə nəsə gətirmişdim. Bu müraciəti adi vətəndaş kimi edirəm. Burada nəsə situasiya var və bu situasiyadan çıxmaq üçün adi insanların səbrindən, əsəbindən, mədəniyyətindən istifadə edirlər. Mən də bu mexanizmin iyrənc bir hissəsi oldum. Yolda keçirdiyim vaxtdan əlavə 1 saat da itirmişəm.

Bir saat ərzində isə bütün “dəvələr” hamısı keçir, heç kim onları görmür. Nə baş verir? Mənə bu məsələnin açıqlaması maraqlıdır. İşlərini görürlər, amma lazım olmayan adamlarla, adi vətəndaşları incidərək, narahatlıq törədərək. Əvvəlki rəhbərliyin dövründə nə baş verirdi? Məsələn, Ukraynadan bir nəfər gələcəksə, əvvəlcədən gömrüklə danışırdı. Növbədəki işçi öz növbəsinin olduğunu xəbər edirdi, həmin insan da çantanı doldururdu, yaşıl dəhlizlə keçirdi, növbədəki Ərəstun (şərti ad-red) da buna göz yumurdu. Buna görə də bir çanta üçün növbədəki gömrük işçisinə 500 dollar verirdilər…

Mənə demişdilər ki, Dubay reysi iyrənclikdir, burnundan gəlir. Xaricdə xoş gün keçirib, istirahət edib, Vətənə qayıtdıqdan sonra 1 saat yarım vaxtımı niyə aldılar? Kimsə pul qazanır, sxem qurur, mən isə vətəndaş kimi incidilirəm. COP29-dan sonra bu məsələ ilə bağlı daxili istintaqın açılmasına çalışacağam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Noyabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see402

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see252

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see200

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see199

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see183

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see175

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see160

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see150

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see146

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri