Icma.az
close
up
RU
“Dəvət gələndə fikirləşmirəm ki, orada məndən başqa kimlər çəkilir?” ÖZƏL

“Dəvət gələndə fikirləşmirəm ki, orada məndən başqa kimlər çəkilir?” ÖZƏL

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Başqa sənətkarları deyə bilmərəm, amma mən gənclər haqqında yalnız yaxşı sözlər danışa bilərəm. Uzun illərdir ki, gənclərə dəsr deyirəm. İstər magistrlara, istərsə də bakalavrda olan gənclərdən söhbət gedir. Mən gənclərimizə inanıram, ona görə ki, onların istedadının şahidi oluram. Tələbələrimlə birlikdə seriallarda, filmlərdə çəkilirəm. Böyük mənəvi zövq alıram” Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Həmidə Ömərova deyib. O daha sonra əlavə edib.

“Bu günlərdə çəkildiyim, ssenarisini mənim tələbəm Failə xanımın yazdığı, rejissoru isə həyat yoldaşı Valeh Əhmədovun olan “Evdə qalmış-2” filminin təqdimatı oldu. Kollektivin 70 faizi gənclər idi. Çoxunun da debüt işi idi. Valeh Əhmədov artıq serial sistemindən çıxıb, müstəqil filmlər çəkir. Çox maraqlı da alınır. Rejissor Rüfət Şahbazovla mən uzun illərdir serial sektorunda işləyirəm. Gənc olmasına baxmayaraq 15 ildir o serial çəkir, hər dəfə də çox maraqlı ekran işləri ilə tamaşaçıların görüşünə gəlir. Onun çəkdikləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Ümumiyyətlə bizdə serial sektorunda böyük canlanma var. Canlanma olanda da rəqabət olur. Rəqabət olanda da daha yaxşı işlər ortalığa çıxır. Aktyor, aktrisalarımız da çoxdur. Həm daxilən zəngindirlər, həm də xaricən ekrana çox yaraşırlar. İstər teatrlarda işləyirlər, istərsə də filmlərdə çəkilirlər. Hər sahədə istedadlı gənclərimiz var. Mən onları alqışlayıram və inanıram ki, nə qədər onlar belə məhsuldar işləsələr, işdən qorxmasalar, özlərini müxtəlif sahələrdə sınasalar bizim də mədəniyyətimizin gələcəyi olar” deyə aktrisa bildirib.

Həmidə Ömərova bildirib ki, ona çoxlu rol təklifləri olur:

“Dəvət gələndə fikirləşmirəm ki, bu filmi kim çəkir, kimlər çəkilir. Məni maraqlandıran ssenaridir, təklif edilən obrazdır. Ssenari, xüsusilə də oradakı rol mənim üçün maraqlıdırsa razılıq verirəm. Əsas rol oynamaq deyil. Əsas olan odur ki, sən o rolun vasitəsilə tamaşaçıya nə verəcəksən? Mən o rolla nəsə edə biləcəyəmmi? Bax əsas məsələ budur” deyə sənətkar bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2024 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see294

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see227

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see208

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see201

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see196

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see190

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see179

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see171

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see147

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri