Devid Bekhem: “Dünyanın ən yaxşı oyunçusunu “İnter Mayami”yə gətirmişik”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“İnter Mayami”nin həmsahibi Devid Bekhem argentinalı dünya çempionu Lionel Messi ilə müqavilənin uzadılmasını şərh edib.
İdman.Biz bildirir ki, MLS klubu hücumçunun yeni müqaviləsini cümə axşamı, oktyabrın 23-də açıqlayıb. Argentinalının yeni müqaviləsi 2028-ci ilə qədərdir.
“Biz ən yaxşı oyunçuları “İnter Mayami”yə və bu şəhərə gətirmək öhdəliyi götürmüşdük və bunu da etdik. Biz bu şəhərə dünyanın indiyədək oynamış ən yaxşı oyunçusunu gətirdik. Bu, bizim Mayamiyə olan bağlılığımızı, eləcə də Leonun şəhərə, kluba və oyuna olan bağlılığını nümayiş etdirir.
O, həmişə olduğu kimi kluba sadiqdir və hələ də qalib gəlmək istəyir. Sahiblər olaraq, biz futbolu çox sevən, ölkəmizdə futbol üçün çox işlər görən və gələcək gənc istedadlar nəslinə ilham verən bir oyunçuya sahib olduğumuz üçün çox şadıq”, - Bekhem bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 Oktyabr 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















