Icma.az
close
up
RU
Devid Bekhemin gəlinindən nikah təzələmə mərasimi öncəsi üstsüz paylaşım FOTOlar

Devid Bekhemin gəlinindən nikah təzələmə mərasimi öncəsi üstsüz paylaşım FOTOlar

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Devid Bekhemin oğlu Bruklin Bekhem və gəlini Nikola Peltz ABŞ-ın Vestçester dairəsində gizli şəkildə nikah təzələmə mərasimi keçiriblər. Mərasimin ən diqqətçəkən məqamı isə Nikolanın anası Klaudiya Peltzin 1985-ci ilə aid gəlinliyini geyinməsi olub.

Milli.Az xəbər verir ki, Bruklin "People" jurnalına verdiyi müsahibədə bu günü "çox gözəl bir təcrübə" adlandırıb.

2022-ci ildə baş tutan möhtəşəm toylarından iki il sonra, 2 avqust tarixində təşkil edilən mərasimdə Bruklinin məşhur ailəsi, Viktoriya və Devid Bekhem iştirak etməyib. Cütlüyün, uzun müddətdir Bekhem ailəsi ilə münasibətlərinin soyuq olduğu bilinir.

Nikola mərasimdən öncə anası ilə birlikdə sabahlıqla və üstü çılpaq halda çəkilmiş fotolarını sosial mediada paylaşaraq "yalnız sevgi" şərhini yazıb. Törəni isə Nikolanın 83 yaşlı atası Nelson Peltz idarə edib.

Xatırladaq ki, ilk nikah mərasimində Nikola qayınanası Viktoriya Bekhemin dizayn etdiyi gəlinlik yerinə Valentino markasını seçmişdi. Bu seçim o vaxtdan bəri ailədaxili gərginliyə səbəb olmuşdu. İndi isə o, bir daha qayınanasını deyil, anasının vintaj gəlinliyini seçərək eyni yanaşmanı davam etdirib.

Bruklin verdiyi müsahibədə bu günü "hər gün edə bilsəm, edərəm" deyə xarakterizə edib. İlk toyda oxuduqları andları qoluna döymə etdirən Bruklin, yeni andlar üçün "bədənimdə yer tapmalı olacağam" deyə zarafat edib.

Gösterişli ilk toydan fərqli olaraq, bu dəfə kiçik və səmimi bir mərasim keçirən cütlük, dörd itləri ilə birlikdə xoş anlar yaşayıb. Bruklin evdə vaxt keçirməyi, yemək bişirməyi və şərab içməyi sevdiklərini bildirib.

Bu arada Bekhem ailəsi hazırda Avropada 16 milyon funt-sterlinq dəyərindəki yaxtalarında istirahət edir. Bruklin və Nikola isə 85 milyon funt-sterlinq dəyərində fərqli bir yaxtada dənizdə istirahət edərək ailədən uzaq qalmağa davam edirlər.

Kənan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Avqust 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri