“Devin Media”ya cinayət işi açıldı KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Azərbaycanda fəaliyyət göstərən “Devin Media”nın Türkiyənin məşhur seriallarına aktyor seçimi adı altında vətəndaşları aldatması şikayətləri ilə bağlı cinayət işi açılıb.
KONKRET.az bildirir ki, bu barədə Lent.az-a hüquqşünas Xəyal Məmmədov məlumat verib.
Onun sözlərinə görə, vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.
Hüquqşünas onu da qeyd edib ki, “Devin Media”dan şikayətçi olanların sayı da artıb.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən “Devin Media”nın Türkiyənin məşhur seriallarına aktyor seçimi adı altında vətəndaşları aldadılaraq pullarını mənimsədiyi ilə bağlı iddialar barədə xəbər vermişdik.
Zərərçəkmiş şəxslər bildirirlər ki, onlara qeydiyyatın pulsuz olacağı bildirilsə də, şirkətə yaxınlaşanda 20 manat tələb olunub, daha sonra aktyorluq kursuna yazılmaları üçün 1000 manat istənilib. Kursun gedişatında isə Türkiyədə yayımlanacaq seriallarda oynaya biləcəkləri vəd edilib. Lakin şirkət vədinə əməl etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Oktyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















