Icma.az
close
up
RU
Dəyənəklə döyülən şəxs sahibkar imiş KONKRET

Dəyənəklə döyülən şəxs sahibkar imiş KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bakının Binəqədi rayonu ərazisində dörd nəfərin dəyənəklərlə avtomobilə hücum edərək döydüyü şəxsin kimliyi məlum olub.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, hadisədə zərərçəkən şəxs Elnur Vidadi oğlu Miskərovdur.

Onun sahibkarlıq fəaliyyəti ilə, əsasən telefon alqı-satqısı ilə məşğul olduğu bildirilir.

Hadisəyə gəlincə, mənbələr bunun qadına sataşmaq üstündə baş verdiyini təsdiqləyirlər. Məlumata görə, davada iştirak edən Natiq Mustafakamalov qadının həyat yoldaşı, Azər Zahidli isə qadının qardaşıdır.

E.Miskərov Teleqraf-a açıqlamasında hadisə barədə geniş danışmaq istəmədiyini bildirib.

“Deyilənlər hamısı yalandır. Heç bir sataşma olmayıb. Məni səbəbsiz döyüblər və onlara ev dustaqlığı verilib. Məhkəmənin qərarı ilə razı deyiləm. Onların həbs olunmasını tələb edirəm. Digər suallara isə vəkilim cavab verəcək”, – Elnur Miskərov söyləyib.

E.Miskərovun vəkili Xaliq Hüseynov isə bildirib ki, hadisənin kökü 2023-cü ilin aprel-may aylarına gedib çıxır:

“Hazırda cinayət işi üzrə zərərçəkmiş şəxs həmin dövrdə sosial şəbəkələrin birində “canlı efir”də olarkən ona mesajlar gəlib. Sonra bu mesajlar onların sosial şəbəkələr üzərindən ünsiyyət qurmasına səbəb olub. Onların ünsiyyəti ay yarıma qədər davam edib. Sonradan məlum olub ki, qarşı tərəfdə yazan xanımdır. Bundan sonra Elnur Miskərov münasibətlərə son qoysa da, qarşı tərəf sonradan müxtəlif sosial şəbəkələr üzərindən mesajlar göndərməyə başlayıb. Amma Elnur buna hər hansı reaksiya verməyib. Daha sonra 2024-cü ilin sonlarında hazırkı iş üzrə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişə başqa adlar altında müraciətlər olunub. Onlar hansısa biznes təklifləri irəli sürüblər və s. Özlərini iş adamı kimi tanıdıblar. Hadisə baş verən gün – fevralın 5-də zərərçəkmişi görüş üçün Masazır gölünün ətrafına dəvət ediblər. Zərərçəkmiş ora gəldikdə təxminən 3 avtomobil onun qarşısını kəsib, biri arxadan, biri öndən, digəri isə yan tərəfdən mühasirəyə alıb.

Zərərçəkmiş çətinliklə də olsa, öz nəqliyyat vasitəsilə hadisə yerindən uzaqlaşarkən onu təqib ediblər, yolda saxlamaq istəyiblər. Zərərçəkmiş də Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə zəng edib.

Hadisə yerindən uzaqlaşanda zərərçəkən Binəqədi rayonunun “Mərkəz” adlanan ərazisində tıxaca düşüb. Bu zaman təqib edənlər ona çatıblar və əllərində olan taxta parçaları ilə onu döyüb, ağır xəsarətlər yetiriblər. Həm özünə, həm də nəqliyyat vasitəsinə zərər vurublar, fiziki və mənəvi zorakılıq ediblər. Təbii ki, ictimai qaydanı kobud şəkildə pozuraq Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədiblər. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq davam edir.

İstintaq orqanı Binəqədi Rayon Məhkəməsinə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı müraciət edib. Lakin məhkəmənin qərarı ilə üç şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, bir nəfər isə sərbəst buraxılıb. Biz də zərərçəkmiş tərəf olaraq, həmin qərarlardan şikayət versək də, Bakı Apellyasiya Məhkəməsi şikayətlərimizi təmin etməyib”, – deyə vəkil bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Mart 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri