Icma.az
close
up
RU
Dəyərlər toplusu ŞƏRH

Dəyərlər toplusu ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ərsəyə gəlmiş və qəbul edilmiş Əsas Qanun ölkəmizin tarixində çox mühüm və taleyüklü tarixi hadisə olmaqla demokratiyamızın, dövlət suverenliyimizin, insan hüquq və azadlıqlarının təminatı sahəsində artıq bizə çox şey vermişdir. Bizim cəmiyyətin ən mühüm dəyərləri bu qanunun təməl prinsiplərini təşkil edir.
Konstitusiyamızda demokratik və hüquqi dövlət quruculuğunun əsasları göstərilmiş, hər bir vətəndaşın hüquq və azadlıqları, seçib-seçilmək hüququ, ölkənin siyasi və iqtisadi həyatında fəal rolu təsbit olunmuşdur. Bizim milli Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı praktikasına, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, dünyəvi dövlət quruculuğu üçün baza rolunu oynamışdır.
İlk Konstitusiyamızın qəbul olunmasından keçən müddət tarixən qısa olsa da, Azərbaycan Respublikası həmin müddətdə bütün sahələrdə xeyli irəliləmiş, ölkədə aparılan siyasi və iqtisadi islahatlar, həyata keçirilən demokratik dəyişikliklər iqtisadiyyatın intensiv inkişafına, sosial-iqtisadi və ictimai-siyasi həyatda böyük uğurların qazanılmasına imkan yaratmışdır. Strateji məqsədlərin həyata keçirilməsi, qlobal iqtisadi və sosial layihələrin reallaşdırılması, dövlətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq baş verən yeniliklər yetərincədir. Hüquqi və vətəndaş cəmiyyəti quruculuğunda yeni meyillər, cəmiyyətin inkişafında pozitiv cəhətlər meydana çıxır, beynəlxalq əlaqələr və insan münasibətləri təkmilləşir, ayrı-ayrı dövlətlərin siyasi sistemlərindən müsbət cəhətlər mənimsənilir.
Məhz bu hadisədən sonra ölkəmizdə hüquqi islahatların beynəlxalq standartlara uyğunlaşdırılması yolunda ciddi addımlar atıldı, bütün dövlət və ictimai təşkilatların iş üsulları Konstitusiyanın tələblərinə fəal şəkildə uyğunlaşdırıldı. Müstəqilliyimizin inkişaf etdirilməsi, ölkə üçün hava və su kimi lazım olan sabitliyin bərqərar olması yeni vüsət aldı, əsil vətəndaş cəmiyyəti təşəkkül tapdı.
Neva Abdurahmanova

YAP Qusar rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri