Icma.az
close
up
RU
DEYƏSƏN, BAŞIMA HAVA GƏLİR..

DEYƏSƏN, BAŞIMA HAVA GƏLİR..

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəribədi, son dönəmlərdə psixoloji problemlər miqyasına görə həm eninə, həm də uzununa daha da dərinləşib. Hər addımda bizi müşayət edir.

Hər kəsə bəllidir ki, psixi problem insan faktoru ilə bağlıdır. Yəni insan yaranandan psixi problemlər olub. Araşdırmalar aparılıb, insan psixikasına nələrin müsbət, nələrin mənfi təsir göstərdiyi müəyyən edilib. Uşaq tərbiyəsində nə etmək vacibdi, hamiləlik hansı formada keçməlidi, yeniyetmə psixologiyası necə olur, evliliyə nə formada hazırlaşmaq lazımdı, gəncliyi necə keçirmək məqsədəuyğundu, ocalıq psixologiyası nədi və onlar bu yaşda ən çox nədən əziyyət çəkirlər – bütün bunlar mütəxəssislər tərəfindən illərdi araşdırılır. Konkret nəticələr əldə edilir.

Şübhəsiz ki, psixoloji problemlərin aradan qaldırılması istiqamətində insanlara zəruri tövsiyələr də verilir. Uzun sözün qısası, bu problemlər hər zaman olub. İnsanlar da ortaya çıxan psixoloji narahatlıqları aradan qaldırmaqda dünənə qədər xüsusi bir problem yaşamırdılar. Ən azından problem indiki qədər kütləvi narahatlıq səviyyəsində özünü büruzə vermirdi. Bu gün artıq psixoloji problemlər kütləvi xarakter alıb. Bu, tək Azərbaycanda deyil, demək olar ki, dünyanın bütün ölkələrində müşahidə olunur.

İnkişaf etmiş ölkələrdə isə psixi problemlərdə xüsusən artan bir temp müşahidə edilir. Bu da onu göstərir ki, dövlət nə qədər inkişaf edirsə, orada yaşayan insanların psixoloji problemi də inkişafa düz mütənasib olur. Dolayısı ilə inkişaf=psixoloji problem. Sizə nədən danışacaqdım. Həmin o inkişaf etmiş ölkələrin vətəndaşlarının qorxularından. Daha doğrusu, birindən - DƏLİ OLMAQ QORXUSUNDAN!

Deyəcəksiniz, bu haradan çıxdı? Öncəliklə onu qeyd edək ki, psixologiyada, konkret olaraq klinik psixologiyada belə bir xəstəlik var - lissofobiya (yunancadan “lyssa” – quduzluq, “phobos” – qorxu). Dolayı ilə dəli olmaq qorxusu deməkdir. Bunun sinonimi kimi manifobiya terminindən də istifadə olunur. Yunanca “mania” – dəlilik, “phobos” – qorxu deməkdir.

Narahat olmağa dəyməz. Ən azından bu xəstəlik qədim yunanlardan üzü bəri mövcuddu. Yəni köhnədi. Təzəlikcə ortaya çıxmayıb. Sadəcə indi bundan əziyyət çəkən insanların sayı artıb. Artma səbəbi üzərində bir qədər dayanmaq istərdik.

Öncə onu qeyd edək ki, bu xəstəliyin yaranmasında genetik faktorlar böyük rol oynayır. Biz bunun üzərində heç dayanmacağıq. Bizim üçün maraqlı olan başqa məqamdı. Nəyə görə sağlam bir insan oturduğu yerdə birdən-birdən dəli olmaqdan qorxsun? Nədir buna təsir göstərən? Öncəliklə onu vurğulayaq ki, bu problemin baş verməsinə insanın həyat tərzi böyük təsir göstərir.

Məsələ burasındadır ki, monoton həyat insanlarda bu problemi daha da aktuallaşdırır. Nəticədə zaman keçdikcə insan norma ilə patologiyanı fərqləndirə bilmir. Nəyin doğru, nəyin yanlış olduğunu ayırmaqda çətinlik çəkir. İstər münasibətlərdə, istərsə də həyata baxış tərzində biz belə hallarla tez-tez raslaşırıq. Səbəb alternativlərin çoxluğudu. Fərdin ətrafla bağlı bir qorxusu yoxdu. Qorxduğu yalnız özüdü. Özündən qorxur. Orta statistik bir fərd həyatın bütün istiqamətləri üzrə hansısa bir informasiya əldə etmək istəyirsə, onu internetdən qısa bir zaman kəsiyində əldə edə bilər. Problem bu deyil. Problem hər şeyin adiləşməsidir. Nəticədə fərd nəyin doğru, nəyin yanlış olduğunu fərqləndirə bilmir. Qəbul etmədiyini bir müddət sonra qəbul etmək məcburiyyəti yaşayır. Dəyərlər 360 dərəcə dəyişir, transformasiyaya uğrayır. Nəticədə şəxsiyyətin transformasiyası da baş verir.

Zaman sürətlə keçir. Bu gün ən asan iş vaxt öldürməkdi. Bunun üçün o qədər vasitələr var ki, fikirləşəndə adamın başına hava gəlir.
Yeri gəlmişkən, son zamanlar tez-tez belə bir deyimlə rastlaşırıq: “Deyəsən başıma hava gəlir”.

İllər öncə adını unutduğum şair də bunu təqribən belə ifadə edirdi:

Ana, mən belə deyildim,

Məni bu havalar korladı.

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

pcc.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri