Deyin ona gözümə görünməsin Audio
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Müğənni Lətifə uzun fasilədən sonra yeni mahnısının təqdim edib.
Axşam.az xəbər verir ki, "Özün kimi" adlı mahnı ifaçının yutub kanalında yerləşdirilib. Lətifə yeni işi üçün qısa geyimdə foto da çəkdirib.
Mahnısından danışan ifaçı insanlara mesaj göndərdiyini bildirib:
"Mahnının mənası böyükdür. Burada hər kəsə bir məsləhətim var. Əsas mesaj odur ki, özün kimi ol. Özünə qayıt. Özün kimi olanda həyatında hər şey olur: özgüvən, sevgi, sevinc... Ən əsas mesajım odur ki, özünüz kimi olun. Çalışmayın başqalarını təkrarlamağa".
Bəstənin söz və musiqisi Çingiz Əliyevə məxsusdur, meneceri isə Sima Fətəliyevadır. Fotonun müəllifi Oktay Jafferdir. Lətifənin stili üzərində Babək Qədirov çalışıb. Geyim isə Alexandre Vauthier-ə məxsusdur.


