Icma.az
close
up
RU
Deyir uşağımı saxlayaram, aliment verər Deputat boşanmalardan danışdı

Deyir uşağımı saxlayaram, aliment verər Deputat boşanmalardan danışdı

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bütün dünyada boşanmaların sayı 79 faiz artıb. Azərbaycanda da artıq demək olar ki, boşananların sayı evlənənlərin sayından çoxdur.

Metbuat.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Modern.az-a müsahibəsində deyib.

O qeyd edib ki, bu, ciddi problemdir:

"Məncə, Aliment Fondunun yaradılması lazımdır. Bütün kişilər aydan arı, sudan duru deyillər. BMT-nin hesabatında yayılıb ki, 79 faiz qadınların günahı hesabına boşanmalar baş verir. Azərbaycanda da bu belədir. Çünki insan həmişə azad olmaq istəyir. Düşünür ki, uşağımı saxlayaram, mənə aliment verər, mən bu kişi ilə yaşamaq istəmirəm. Yaxud da hər xanımın "podruqa"sı olur, gəlir nəsə danışır, yaxud seriallara baxıb oradakı həyatı öz həyatlarında görmək istəyirlər. Hərçənd ki, o həyat elə ancaq seriallarda olur. Oradakı aktyor və aktirisalarında həyatı serialdakı kimi deyil. Ondan min dəfə daha dəhşətlidir. Mən vicdan əzabı çəkirəm ki, bu günə qədər 30-40 nəfəri həbs ediblər. Qadınlar kişinin alimenti vermədiyi ilə bağlı müraciət edirlər, mən bununla bağlı aidiyyəti üzrə müraciət etmişəm 15 sutka, 2 ay, həmin kişiləri həbs ediblər. Bundan sonra həmin kişilərin atası-anası gəlib ki, mənim balamı niyə tutdurdun. Deyirəm ki, mən tutdurmadım, mənə alimentin verilmədiyinə görə müraciət olunub. O da gəlib deyir ki, alimenti verməməyinə səbəb kişinin uşağın ondan olmadığını düşünməsidir. Məhkəmə şəxslərə vaxt verir ki, gedin 90 gün düşünün. Qadın da deyir ki, düşünən deyiləm, boşamasanız, yüz il də onunla yaşayan deyiləm, alimentimi versin".

O qeyd edib ki, boşanmaların sayında artım Azərbaycanın gələcəyini məhv edir:

"2016-cı ildən uşaq doğumunda azalma baş verib. 2022-ci ildən isə hər il Azərbaycanda 25 min daha az uşaq doğulur. Ona görə də artıq 3 uşaqdan uşaq pulu verilməsi ilə bağlı siqnallar var. Yəqin ki, həll olunacaq. Bizdə də demoqrafik problemlər yaranır. Mən birmənalı şəkildə demirəm ki, ancaq alimentə görə boşanmalar olur. Bu gün o qədər ailələr tanıyıram ki, həyat yoldaşı ya narkoman, ya alkaşdır və ya qadınını, uşağını döyür, evə gəlmir. Bu cür insanlar qəbul edilmir. Bu cür olanda mən özüm də demişəm ki, məhkəməyə getməyin adı yoxdur, bu adam nə vaxt düzələcək, düzələn deyil. Aliment Fondu da yaradılmalıdır. Bu cür ailələrə kömək etmək lazımdır. Evlənirlər, problemlər 25-30 faizi sosial məsələlər üzərində olur. Əvvəllər beləydi ki, insanlar evi, işi olandan sonra evlənməyi düşünürdülər. Bizdə hələ də evi kişinin saxlaması düşüncəsi qalırdı. Evi saxlamalısansa deməli, qadını da saxlamalısan. Qadın kosmetika, şuba istəyəcək. Bu kinin müsəlman cəmiyyətində həmişə bir öhdəliyi olub. Və mən buna çox yaxşı baxıram. Kişi həyat yoldaşını xoşbəxt etməlidir, pulunu saymalı deyil. Allah kişini belə yaradıb. Kişi pulunu həyat yoldaşına xərcləyəndə zövq alır. Allah bu hissi kişiyə verib. Bu hissin bizdə olmasına görə sevinirəm. Bir çoxları artıq düşünmədən evlənir. Deyir ki, evlənim, atam-anam saxlayacaq. Ata-ana insanı saxlayarmı? İndi-indi gənclərdə təhsilə, peşə təhsilinə meyil artıb. Yoxsa təhsili yoxdur, fəhlə işləyir, sabah işdən çıxarırlar. Sevgi ilə evlənə bilərlər. Amma sabah onun işi olmayanda, qazanc gətirməyəndə o sevgi məhv olub gedəcək. İstənilən halda soyuducun dolu olmalıdır. Kişi də iş tapa bilmir,yaxud gedib avara insanlara qoşulur, əziyyət çəkmək istəmir, nəticədə qadın da bezir deyir, mən səninlə niyə yaşamalıyam. Əvvəllər ağsaqqallar yığışardı, oğlanı tənbeh edər, başına ağıl qoyardılar. Qadınlar da düşünərdilər ki, daha mənim taleyim belə gətirib. Allah Təala mənə belə tale yazıb, bəs mən nə edəcəm, uşağım da var, məcbur olub dözməliyəm. O "dözməliyəm" artıq bitib. Buna görə də mən qadınları günahlandıra bilmərəm. Hər kəs rahat və gözəl yaşamaq istəyir"

Deputat fikirlərinə belə davam edib:

"Müəyyən bir təbəqə var ki, onlar sırf aliment davası edir. Belələrinin sayı az deyil. Onlar bilirlər ki, ailənin bir yerə gəlməsi mümkün deyil. Çünki ailə elə bir şeyə görə dağılıb ki, onu milli-mənəvi dəyərlərimizə görə qəbul etmək düzgün deyil. Şəxsən mənim deputatlığım dövründə 7-8 nəfər alimentə görə intihara cəhd ediblər. Onlardan şəxsən ikisinin həyatını mən xilas etmişəm. Yəni təcili Bakıya gəlməliydilər, lakin çatdırıb verə bilmirdilər, bu tərəfdən də dirəşiblər ki, alimenti verməlisən."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Aprel 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see389

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see151

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri