Icma.az
close
up
RU
Deyirlər ki, yeni vergi siyasətindən sonra vay, batacağıq, müflis olacağıq Əli Hüseynli

Deyirlər ki, yeni vergi siyasətindən sonra vay, batacağıq, müflis olacağıq Əli Hüseynli

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Biz adətən istənilən obyektiv məsələlərlə bağlı büdcə müzakirələrində deyil, büdcə planlamasında fikirlərimizi bildiririk və hökumətimiz də sağ olsun, hər zaman buna adekvat reaksiya verir. Bəs niyə çıxışa yazıldım? Bir sıra siyasi məqamlara toxunmaq üçün. Çünki büdcə layihəsi, büdcə zərfi parlamentə daxil olduğu gündən müəyyən qüvvələr, müəyyən deməyək, hətta məlum qüvvələr tərəfindən bir proses gedir, sanki bir koordinasiya var, eyni mərkəzdən bir düymə basılıb, təhrif eləməyə çalışırlar".

Redaktor.az xəbər verir ki, bunu deputat Əli Hüseynli Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirdi.

"Büdcəni və hökuməti gözdən salmağa çalışırlar. Deyirlər ki, yeni vergi siyasətindən sonra vay, batacağıq, bitəcəyik, müflis olacağıq. Yoxdur belə bir şey. Yanlış təsəvvürlər yaratmaq istəyirlər. Əksinə, iki-üç faiz əgər həmin vergi yükünü öz üzərində hiss eləyəcəksə əks tərəfdə də 98% məhz bu vergi güzəştlərindən bəhrələnəcək. Bu da əhalinin böyük bir qismidir, əhəmiyyətli bir hissəsidir, əsas da orta təbəqədir.

Deyirlər ki, dotasiya yoxdur, çünki dövlət özünü doğrultmayıb. Bu da absurddur, tamamilə təhrif edilmiş bir fikirdir. Əslində dövlət elə gücləndiyi üçün, varlandığı üçün dotasiyanı kəsib. Çünki bölgələr, iqtisadi zonalar özləri öz ayaqları üstündə dayanmağı bacarırlar. Başqa bir məsələ, məsələn, neftin payı, qiyməti düşür, iqtisadi tənəzzül edəcək. Bu da növbəti bir absurddur.

Əslində, bu neftin qiyməti ilə, bu neftin hasilatının anlayışını belə hələ ayırd eləyə bilmirlər. Amma mən bunun təfərrüatına getməyəcəm. Sadəcə, bir sadə məntiqlə demək istəyirəm ki, əgər bu ucuzlaşsa, hasilat da düşürssə və hökumət də bunu etiraf edirsə, deməli, qeyri-neft sektoru inkişaf eləyir, büdcəyə digər daxilolmalar var və buna da yalnız sevinmək lazımdır.

Başqa bir məqam, büdcə zəifləyir, güclənmək əvəzinə, bu da yanlışdır, səhvdir. Çünki Azərbaycanın növbəti il üçün nəzərdə tutulan büdcəsi bir tək dövlətimizin deyil, bütün Qafqaz tarixinin indiyə qədər gördüyü, bildiyi və tanıdığı ən böyük büdcədir. Bizim büdcə zəif ola bilməz. Bizim büdcə sadəcə güclüdür. Çünki 20% torpaqlarımız yenidən qurulur və yenidən qurularkən sıfırdan qurulmur, mənfidən qurulur.
Niyə bunları söyləyirəm? mən istəyirəm, bizim hər birimiz bu yanlış siyasətə qarşı, həmin o məkli qüvvələrin apardığı təbliğata qarşı mübarizənin önündə olaq, hər birimiz vəhdət olaq. Hökuməti qoruyaq. Heç bir konstitusion bölgüyə baxmayaraq, vay, bu icradır, bu qanunvericilikdir və sairə və filan.

Hamımız bir yerdə olaq. Hansısa ehtiyatsız çıxışla düşmən dəyirmanına su tökməyək. Bir daha da tənqidi də, təklifi də, hətta ən ağır tənqidi də bu mikrofona gəlib çatana qədər mümkün olan, mövcud olan üsul və vasitələrdən istifadə edibsonra səsləndirək. Ən sonda bir daha həmin destruktiv, antimilli qüvvələrə səslənmək istəyirəm. Azərbaycanın büdcəsi idealdır, hökumətimiz də bu dövrdə dayana bilən ən yaxşı hökumətlərdən biridir. Əgər kimsə həmin büdcəyə mükəmməl büdcəyə dil uzadacaqsa və prezidentin təyin etdiyi etimad göstərdiyi nazirləri fərqi yoxdur, sosial, təhsil, mədəniyyət, səhiyyə hədəfə alacaqsa, qarşılarında ilk olaraq bizi görəcəklər", - deyə o yükunlaşdırdı.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri