Icma.az
close
up
RU
“Deyirlər, villa dustaqları Ramiz Mehdiyev və Eldar Mahmudovun da suları kəsilib...”

“Deyirlər, villa dustaqları Ramiz Mehdiyev və Eldar Mahmudovun da suları kəsilib...”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabunçunun toz-torpaqlı küçələrində qadınlar, mer-meyvə üzü görməməkdən cıvırıqları çıxmış tifillərinə baxıb giley-güzar edəndə, şəhərin o biri başında hansısa işıq, qaz kimi, supulu da ödəməyən, heç bir vergi verməyən harın məmurun hovuzunda süni dalğalar bərq vurur, fəvvarələrində göy qurşağı göz oxşayır..."

“Deyirlər ki, "Borularda təzyiq normadan artıq olanda qəza baş verir, ona görə dərəcəni azaltmışıq". Bu lap rəhmətlik Məşədi İbadın "Həkim deyir az ye, xəstə olarsan" söhbətinə bənzəyir...”

“Hə, yaxşı yadıma düşdü, həm də axı, deyirdilər, bu yaz həddindən artıq yağıntı olub deyə, ölkədə su qıtlığı olmayacaq- su anbarları dolub-daşır...” 

“İndi Eldar müəllim yəqin hovuzun qırağında oturub keçmiş "şanlı" günlərin hesabatını aparır, Ramiz müəllim isə fəvvarənin şırıltısı altında yeni fəlsəfi traktatını qələmə alır. Həm də axı belələrinin elə bircə yerdə villası yoxdur ki, dərd çəkələr...”

…Ustadlar deyib ki, "Su olan yerdə dirilik olar". Amma yay girməmiş Bakının elə yerləri var ki, dirilik bir yana, camaat susuzluqdan axirət sorağına çıxıb. Atalar "Su gələn arxa bir də gələr" deyəndə, yəqin, Zığı, Alatavanı, Yeni Yasamalı nəzərdə tutmayıblar. Çünki o tərəflərə su gəlmir, gələndə də elə gəlir ki, borunun içində sanki bir ağcaqanad can verir.  Həm də ataların dediyimiz sözünün bir əksi də var; lətifəsi bizlərdən iraq, deyir, arxa su gəlincə qurbağanın gözü bərələ qalar... 

Binəqədi, Suraxanı, Sabunçu tərəflərdə  millət əlində boş qab-qacaq, boruların başında bəstə bəstələyir. Amma nə fayda? O arxlar çoxdan istiqamətini dəyişib.  İndi mətbuatda hay qaldıracaqlar ki, bəs quraqlıqdır, su çatışmır. Ay rəhmətliyin övladları, bəs necə olur ki, bu quraqlıq ancaq kasıb-küsubun məhəlləsinə təsir edir?.. Hə, yaxşı yadıma düşdü, həm də axı, deyirdilər, bu yaz həddindən artıq yağıntı olub deyə, ölkədə su qıtlığı olmayacaq- su anbarları dolub-daşır...  

Sabunçunun toz-torpaqlı küçələrində qadınlar, mer-meyvə üzü görməməkdən cıvırıqları çıxmış tifillərinə baxıb giley-güzar edəndə, şəhərin o biri başında hansısa işıq, qaz kimi, supulu da ödəməyən, heç bir vergi verməyən harın məmurun hovuzunda süni dalğalar bərq vurur, fəvvarələrində göy qurşağı göz oxşayır... 

Vallah, "Dəvəyə dedilər boynun əyridir, dedi, haram düzdür ki?" Bizim su təchizatının da harası düzdür ki, borusu da düz getsin?..

Adamı yandıran rəsmi qurumların o bəh-bəhlə verdiyi gülünç açıqlamalardır. Çıxıb televiziyada bəyan edirlər ki, "Sakinlər suyu israf edir, maşın yuyur, palaz yuyur, nə bilim, həyətə su səpir". Ay sənə qurban olum, Yeni Yasamalın 16-cı mərtəbəsində yaşayan adam suyu hara israf eləyəcək? Eyvandan aşağı su çiləyəcək? Yaxud da deyirlər ki, "Borularda təzyiq normadan artıq olanda qəza baş verir, ona görə dərəcəni azaltmışıq". Bu lap rəhmətlik Məşədi İbadın "Həkim deyir az ye, xəstə olarsan" söhbətinə bənzəyir. Yəni su idarəsi bizi xəstə olmaqdan, boruları partlamaqdan qoruyur?!.. 

El məsəli var, "Tülküyə dedilər şahidsən, dedi quyruğumdur". Bu idarələrin də hər bəhanəsi öz quyruqlarıdır...

Əslində isə məsələnin kökündə nə quraqlıq dayanır, nə də anomal istilər. Burada əsas səbəblərdən biri ölkədə digər varidat, məhsullar kimi, suyun da ədalətli bölünməməsi, ifrat varlı-vəzifəlilərin supulu verməməsidirsə,  başqa bir "anomaliya" var – rüşvət və korrupsiya anomaliyası! "Suyu bulandıran başından bulandırar". Yəni yeyintilər səbəbindən yağış-kanalizasiya sistemi kimi, su sistemində də vaxtında və gərəyincə təmir, yenidənqurma işləri aparılmır. Ona görə də suyun təzyiqi artan kimi, Stalinin, Xruşovun dövründən qalma borular partlayır... Sonda isə su gələn boruların istiqaməti kasıbın evinə yox, birbaşa rüşvətin böyük olduğu tərəflərin villalarına tərəf meyllənir. Suyu pullu maşınlarla (“vadavoz”larla) sakinlərin özünə baha qiymətə satmaq üçün qəsdən şəbəkə quranlar, magistral xətləri gizlicə oliqarxların villalarına birləşdirənlər elə bu rüşvət gölündə çimənlərdir. Bir sözlə, kasıbın haqqı olan su pullu hovuzlara axır, çünki "Pul adamı bəzəyir, su dəyirmanı fırladır". Korrupsiya elə bir quyudur ki, bura dövlətin ayırdığı milyonlarla vəsaiti töksən də, dibi görünmür, millətə isə yenə susuz boruların fışıltısı qalır...

İndi bizim sadəlövh dilli-dilavərlər deyirlər ki, bəs villa dustaqları Ramiz Mehdiyev və Eldar Mahmudovun da suları kəsilib... Guya şəhərdə su qıtlığı var deyə, Tiflis prospketi və ya Badamdardakı o heybətli malikanələrin də fontanları quruyub. Adama deyərlər, "Keçiyə can hayındadır, qəssaba piy". Əhmədlidə millət bir qurtum içməli su tapmayanda, o qala kimi hasarlanmış villalarda filtrlənmiş sularla qazonlar suvarılır. Onların villasında suyun kəsilməsini gözləmək, "Ələklə su daşımağa" bənzəyir. İndi Eldar müəllim yəqin hovuzun qırağında oturub keçmiş "şanlı" günlərin hesabatını aparır, Ramiz müəllim isə fəvvarənin şırıltısı altında yeni fəlsəfi traktatını qələmə alır. Həm də axı belələrinin elə bircə yerdə villası yoxdur ki, dərd çəkələr... Bərk ayaqda məsələn, Tiflis prospektindəki, yaxud Badamdardakı villalarında suları kəsilsə, tez “Maybak”larına oturub fitilləyəcəklər Novxanıdakı, yaxud Bilgəhdəki daha geniş malikanələrinə...  Bizim dildə desək, xalqın quyusunu qazanların suyu heç vaxt kəsilmir, kəsilən ancaq Zığın, Alatavanın, Suraxanının, Binəqədinin, Yeni Yasamalın yazıq sakininin suyudur...

Axırda adamın bir söz deməyə dili gəlir: "Su murdarlıq götürməz". Amma görünür, bu su sistemindəki korrupsiya və rüşvət çirkinliyini təmizləmək üçün hələ çox sular axmalıdır. Biz isə hələlik rəsmi bəhanələri dinləyə-dinləyə yay mövsümünü susuz qarşılamağa məhkum xalqıq. Fəqət, bilməliyik ki, susmaqla nə borularımıza su gələcək, nə də susuzluğumuz yatacaq. Onsuz da ağzımıza su almağa da su tapmırıq...

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 İyun 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri