Icma.az
close
up
RU
DƏYMƏ! Müasir dövrdə ən böyük quş ölümü: 4 milyon qarabatdaq necə ölüb?

DƏYMƏ! Müasir dövrdə ən böyük quş ölümü: 4 milyon qarabatdaq necə ölüb?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təxminən on il əvvəl Heather Renner və onun tədqiqat qrupu Alyaska sahillərində minlərlə ölü dəniz quşu aşkarladıqda, qarşılarında ciddi bir ekoloji problem olduğunu anlayıblar. 

Qaynarinfo xəbər verir ki, "Science" jurnalında dərc olunan yeni bir araşdırma bu hadisənin müasir dövrdə hər hansı bir quş növü üçün qeydə alınmış ən böyük kütləvi ölüm hadisəsi olduğunu təsdiqləyir.

O dövrdə qarabatdaqların böyük hissəsinin yaşadığı Şimal Sakit Okeanında suyun temperaturu qeyri-adi dərəcədə yüksəlmişdi. Bu, qeydə alınmış ən böyük dəniz istilik dalğasının başlanğıcı idi. Quruya çıxan qarabatdaqlar həddindən artıq zəifləmiş və açlıqdan ölmüşdü. Alimlər bu hadisəni iqlim dəyişikliyinin və istiləşən dünyanın vəhşi təbiətə təsirinin ən açıq nümunələrindən biri kimi qiymətləndirirlər.

Alyaskanın 13 müxtəlif çoxalma koloniyasını yeddi il ərzində izləyən Renner və ABŞ Balıq və Vəhşi Təbiət Xidməti alimləri, baş verən faciənin miqyasını əvvəlcə tam qavraya bilməmişdilər.

Alyaska Dəniz Milli Vəhşi Təbiət Qoruğunda çalışan biologiya mütəxəssisi Heather Renner araşdırmanın nəticələrinə əsaslanaraq, Alyaskadakı qarabatdaqların yarısından çoxunun (təxminən 4 milyon quş) öldüyünü və bunun müasir dövrdə balıq olmayan onurğalı heyvanlar arasında ən böyük ölüm hadisəsi olduğunu bildirib. Bu rəqəm, 1989-cu ildə baş vermiş "Exxon Valdez" neft sızıntısı zamanı ölən qarabatakların sayından dəfələrlə çoxdur.

Araşdırmalar göstərir ki, 2016-cı ildə başa çatan iki illik istilik dalğasından əvvəl Alyaskada təxminən 8 milyon qarabatdaq var idi. Bu quşlar, yay aylarında qayalıqlarda yuva qurur, ilin qalan hissəsində isə okeanda kapelin və digər kiçik balıq növləri ilə qidalanırdılar.

Ancaq Şimal Sakit Okeanında suyun temperaturu normaldan 2,5-3 dərəcə yuxarı qalxaraq böyük ekoloji dəyişikliklərə səbəb olub. Bu istilik dalğası kiçik balıq populyasiyasının azalması ilə nəticələndi və qida zəncirində yuxarıda olan yırtıcı növləri də mənfi təsirə məruz qoyub.

Məsələn, Alyaska Körfəzindəki pasifik morina balığının sayı dörd il ərzində 80 faiz azalıb, bu isə ticarət balıqçılığını demək olar ki, iflic vəziyyətinə salıb. Həmçinin, bölgədəki kambur balinaların populyasiyası 20 faiz azalıb. Somon və qar yengəcinin də daxil olduğu digər növlər də ciddi itkilər verib.

Ancaq bütün növlər bu istilik dalğasından eyni şəkildə təsirlənməyib. Məsələn, qalın dimdikli dəniz quşları qarabataklarla eyni ərazilərdə yaşasa da, onların populyasiyasında belə dramatik azalma müşahidə olunmayıb. Alimlər bu fərqlərin səbəbini araşdırmağa çalışırlar.

Tədqiqatçılar hesab edir ki, bu hadisə iqlim dəyişikliklərinin dəniz ekosistemlərinə uzunmüddətli təsirinin bariz nümunəsidir. "Ocean Conservancy" təşkilatının Arktika proqramı üzrə tədqiqatçısı Meqan Uilyams bu hadisəni "sistemdəki problemlərin ilk xəbərdarlıq işarəsi” kimi qiymətləndirir.

Vəhşi təbiəti araşdıran Bri Drummond isə 2015-ci ildə sahildə minlərlə acından ölmüş qarabatdaqla qarşılaşdığını deyir. Həmçinin, çoxalma koloniyalarında kəskin azalma onların narahatlığını daha da artırıb.

2016-2022-ci illər arasında aparılan tədqiqatlar göstərir ki, qarabatdaqların sayı 52-78 faiz arasında azalıb və bu azalma dəniz istilik dalğası dövründən sonra da davam edib.

Drummond hazırda Koviet və St. Lazaria adalarında sahə tədqiqatlarına rəhbərlik edir. Onun sözlərinə görə, bəzi koloniyalar yüz minlərlə quşdan ibarət olsa da, populyasiyadakı kəskin azalma alimləri şok edib.

Renner qeyd edir ki, yaxın zamanda qarabatdaqların tamamilə yox olacağını düşünməsələr də, Alyaskanın ekosistemində böyük dəyişikliklər baş verir.

Uilyams isə əlavə edir ki, bu hadisə balıqçılıq və yaban həyatının qorunması üçün önəmli dərslər verir. "Berinq dənizi və Alyaska Körfəzi əvvəlki məhsuldarlığını qoruyub saxlaya bilməyəcək" deyən alimlər gələcəkdə oxşar faciələrin qarşısını almaq üçün tədbir görülməsinin vacibliyini vurğulayır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri