DGK: 100 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Icma.az, Azvision saytına istinadən bildirir.
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, “Cənub-Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “bibər” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 154 ədəd dördbucaqlı formalı bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 103 kiloqram 395 qram narkotik vasitə - marixuana aşkar edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, “Cənub-Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “bibər” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 154 ədəd dördbucaqlı formalı bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 103 kiloqram 395 qram narkotik vasitə - marixuana aşkar edilib.


103 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb FOTOLAR
03 Avqust 2025 10:13
Həftə sonu 60,2 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
16 İyun 2025 11:19
Qubada külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
02 Dekabr 2024 10:46
Masallıda 15 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
22 May 2025 13:28

