Icma.az
close
up
RU
DGK nın vəzifəli şəxslərinin məhkəməsi başladı

DGK nın vəzifəli şəxslərinin məhkəməsi başladı

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Külli miqdarda rüşvət alma, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərdə təqsirləndirilən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Rezayan Jafar Rafıenin məhkəməsi başlayıb.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barədə olan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət veriblər, lakin vəsatətlər təmin edilməyib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. Proses fevralın 13-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin vəzifəli şəxsləri və qaçaqmalçılıq cinayətini törətmiş digər şəxslərin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olan məlumatla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Rezayan Jafar Rafıe oğlu ilə cinayət əlaqəsinə girərək öz qulluq mövqelərindən istifadə etməklə aldıqları külli miqdarda rüşvət müqabilində Jafar Rezayanın İran İslam Respublikasında əldə edib istifadəsində olan sərnişin avtobusunun yük yerində saxladığı ümumilikdə 410 min manat dəyərində tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələri və Azərbaycan Respublikasına məxsus aksiz markası markalanmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradaraq ölkə ərazisinə keçirilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov və Asif Hacımuradova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (mütəşəkkil dəstə halında külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.4 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq), 213-1.2.1 (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi), 234.4.1, 234.4.3 (mütəşəkkil dəstə halında külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.1, 240.3.2 (mütəşəkkil dəstə halında külli miqdarda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi), 311.3.1 və 311.3.3-cü (mütəşəkkil dəstə halında külli miqdarda rüşvət alma), Etibar Hatəmliyə həmin Məcəllənin 206.4, 240.3.1 və 240.3.2-ci, Jafar Rezayana isə həmin Məcəllənin 200-1.2.2, 200-1.2.3, 206.4, 213-1.2.1, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə ittiham elan edilərək Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində iş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Jafar Rezayan barəsində isə digər qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Yanvar 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see473

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see213

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see198

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see183

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see181

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see178

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see176

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see165

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see143

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see143

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri