Icma.az
close
up
RU
Diabetə qarşı daha effektiv yeni preparat hazırlanıb

Diabetə qarşı daha effektiv yeni preparat hazırlanıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 iyun, AZƏRTAC

Alimlər yüksək effektə malik diabet dərmanlarının yeni sinfini təqdim ediblər. Bu preparat qanda qlükoza səviyyəsini normallaşdırır, həzm və əzələ kütləsinə təhlükəli yan təsirləri olmadan xəstələrə artıq çəki ilə mübarizə aparmağa kömək edir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İsveçin Karolinska İnstitutunun mətbuat xidmətinin məlumatına görə, Avstraliya və Avropa molekulyar bioloqları qanda qlükoza səviyyəsini normallaşdıran, həzm və əzələ kütləsinə təhlükəli yan təsirlər olmadan xəstələrə artıq çəki ilə mübarizə aparmağa imkan verən diabet və piylənməyə qarşı dərmanların yeni sinfini hazırlayıblar.

Karolinska İnstitutunun dosenti Şeyn Rayt bildirib: “Hazırladığımız preparat tamamilə yeni diabet dərmanları sinfinə aiddir və eyni zamanda, piylənmə və insulin müqavimətinin müalicəsi üçün böyük potensiala malikdir. Bizim maddə artıq çəkidən təhlükəsiz şəkildə qurtulmağa kömək edir, həmçinin onun istifadəsi üçün daimi və ya dövri inyeksiya tələb olunmur”.

Alimlərin qeyd etdiyi kimi, son illərdə eyni anda bir neçə diabet dərmanı hazırlanıb. Məsələn, semaqlutid və ya liraqlutid piylənmədən və 2-ci tip diabetdən olduqca tez və yüksək ehtimalla xilas olmağa imkan verir. Bütün bu birləşmələr mədəaltı vəzində insulin istehsalını tənzimləyən, insanların və heyvanların beynində toxluq hissinin yaranmasına cavabdeh olan GLP-1 hüceyrə reseptorlarına təsir göstərir.

Alimlər kəşf ediblər ki, onların yaratdığı və quruluşca damar genişləndirən dərman olan bametana oxşar molekul bu işin öhdəsindən gələ bilər. Tədqiqatçıların hazırladığı “maddə-15” əzələ hüceyrələrinin səthindəki beta-adrenergik reseptorlara təsir göstərir, lakin qan damarlarının və ya bronxların divarlarını genişləndirmir. Əksinə, qanda insulinin nisbətindən asılı olmayaraq qlükozanı daha aktiv şəkildə yandırır, bu da onunla əlaqəli yan təsirlərin qarşısını almağa kömək edir.

Alimlər bu molekulun elə bir strukturunu seçiblər ki, o, yalnız skelet əzələlərinə oxşar təsir göstərir və hüceyrələrində çoxlu sayda beta-adrenergik reseptorların olduğu ürəyə təsir etmir. Siçanlar və könüllülər üzərində aparılan təcrübələr göstərdi ki, “maddə-15” effektivliyinə görə liraqlutiddən geri qalmır, eyni zamanda, onun istifadəsi əzələ atrofiyasına və həzm problemlərinə səbəb olmur. Alimlər ümid edirlər ki, bu irəliləyişlər yaxın gələcəkdə piylənmə əleyhinə dərmanların daha təhlükəsiz və rahat olmasına imkan verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri