Icma.az
close
up
RU
Diabetin GİZLİ ƏLAMƏTLƏRİ və profilaktikası

Diabetin GİZLİ ƏLAMƏTLƏRİ və profilaktikası

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəkərli diabetin birinci və ikinci növ hesab edilən iki əsas tipi var. Bunların birində insulinin əmələ gəlməsi pozulur, digərində isə insulin çox olsa da, istifadəyə yararlı deyil.

Bir də ikinci növ şəkərli diabetin alt tipi var ki, ona hamiləlik dövründə yoluxurlar və müvəqqəti insulin müalicəsi təyin olunması nəticəsində hamiləlik bitən kimi başa çatır.

Əslində şəkərli diabetin iki mexanizmi fərqli xəstəliklər kimidir. Birinci növ şəkərli diabet zamanı mədəaltı vəzinin hüceyrələri qətiyyən insulin buraxmır, ikinci növ şəkərli diabetdə isə əsas qida olan qlükozanı toxumalar qəbul edə bilmir. Bunun nəticəsində iki əsas problem yaranır: bədəndə aclıq və şəkərin çoxluğu baş verir.

Birinci halda qlükozanı mənimsəyə bilməyən hüceyrələr ac qalır, ikinci halda isə tıxanmalar baş verir. Həkimlər üçün də ən problemli məsələ məhz tıxanmalardır.

Ürəkdə, böyrəkdə, qaraciyərdə olan tıxanmalar insultlar, qanqrenalara, gözün torlu qişasında olan problemlərə aparıb çıxarır. Ona görə də şəkərli diabet ağırlaşdırıcı problem kimi qəbul olunmaqla yanaşı, dünyada ən əsas xəstəlik kimi qəbul olunan kardiovaskulyar problemlərin hərəkətverici qüvvəsi insulin rezistentliyidir.
AZƏRTAC xəbər verir ki, bunu həkim-endokrinoloq Fərhad Burzu deyib.
Həkim-endokrinoloq xəstəliyin əlamətləri barədə məlumat verərək deyib: “Boyunda ət xalları və tük piqmentasiyalarının, yeddinci boyun fəqərəsində qabarmanın əmələ gəlməsi orqanizmdə insulin rezistentliyinin pozulması və diabetə doğru getmək deməkdir.

Gənclərdə daha çox tibbi diabetə, insulin yoxluğuna rast gəlinir. Son vaxtlar valideynlər uşaqları evdə passiv istirahətə yönləndirirlər. Dəfələrlə deyildiyi kimi, ən yaxşı müalicə profilaktikadır.

Çox vaxt qidalanma zamanı ən böyük səhvlər səhər yeməyi zamanı baş verir. Təəssüf ki, yeməklərin çox böyük hissəsi axşam yeyilir. Qida rasionuna daxil olan şəkərləri menyudan çıxarmaq lazımdır. Şəkər xəstələri zülaldan az istifadə etməlidirlər.

Normalda üç əsas və onların arasında ara yeməkləri qəbul edilməlidir ki, bədən qidasız qalmasın və orqanizm insulin istehsalını sıfra endirməsin.

Rasionda mövsümi və yerli qidaların, meyvə-tərəvəzlərin qəbulu üstünlük təşkil etməlidir. Yeməkdən sonra müəyyən qədər gəzmək və hərəkət etmək lazımdır”.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri