Icma.az
close
up
RU
Diabetli gənclər ani ürək ölümünə daha çox meyillidir

Diabetli gənclər ani ürək ölümünə daha çox meyillidir

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Danimarkalı alimlər müəyyən ediblər ki, şəkərli diabeti olan insanlarda ani ürək ölümü riski əhəmiyyətli dərəcədə yüksəkdir və ölüm hadisəsi xüsusilə gənc yetkinlərdə daha çox baş verir.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri European Heart Journal (EHJ) jurnalında dərc olunub.

Alimlər 2010-cu ildə Danimarkada baş vermiş 54 028 ölüm halını təhlil edərək 6 862 ani ürək ölümü hadisəsini ayırd ediblər. Daha sonra tədqiqatçılar ölümlərin neçə faizinin I və II tip diabeti olan şəxslərə aid olduğunu müəyyən ediblər.

Nəticələr göstərib ki, ani ürək ölümü diabeti olan insanlarda əhəmiyyətli dərəcədə tez-tez baş verir: I tip diabetdə 3,7 dəfə, II tip diabetdə isə 6,5 dəfə daha çox. 50 yaşdan kiçik diabet xəstələri arasında risk isə eyni yaşda diabeti olmayanlara nisbətən təxminən yeddi dəfə yüksəkdir.

Alimlər vurğulayırlar ki, tədqiqat müşahidə xarakterlidir, lakin məlumatlar problemin miqyasını açıq şəkildə göstərir. Yüksək risk həm diabetin tipik ürək-damar fəsadları, həm də spesifik faktorlarla məsələn, qlükozanın kəskin düşməsi epizodları və ya avtonom neyropatiya nəticəsində ölümcül aritmiyalara meyilliklə bağlı ola bilər.

Tədqiqatçılar qeyd edirlər ki, analiz müasir qan şəkərini salan dərmanların geniş tətbiqindən əvvəlki vəziyyəti əks etdirir, buna görə indiki risk bir qədər fərqli ola bilər. Buna baxmayaraq, nəticələr diabet xəstələrində ürək-damar riskinin dəqiq qiymətləndirilməsinin və erkən profilaktika strategiyalarının hazırlanmasının vacibliyini vurğulayır. Bu, daha aktiv monitorinq və fərdi müalicə yanaşmalarını əhatə edə bilər.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri