“Dialoq münaqişələrin qarşısının alınması üçün vacib vasitədir” Nihal Saad
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh quruculuğu, münaqişələrin qarşısının alınması və sosial həmrəyliyin gücləndirilməsi baxımından mühüm beynəlxalq platformadır.
SİA xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanla uzun illərdir davam edən əməkdaşlıq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun formalaşmasına və beynəlxalq səviyyədə tanınmasına töhfə verib. Bu il forumun 15 illiyinin qeyd olunduğunu vurğulayan Nihal Saad dünyada münaqişələrin və parçalanmanın artmasının dialoqun əhəmiyyətini daha da yüksəltdiyini bildirib.
Onun sözlərinə görə, BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi ilə yanaşı, UNESCO, İSESKO və Avropa Şurası kimi beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.
N.Saad qeyd edib ki, forum çərçivəsində dinlərarası dialoqa xüsusi diqqət ayrılacaq. “Dinlərarası dialoq: ortaq gələcəyə aparan yol xəritəsi” adlı plenar sessiyada müxtəlif dini icmaların nümayəndələri və ekspertlər dinlərin sülh quruculuğuna, barışığa və sosial həmrəyliyə verə biləcəyi töhfələri müzakirə edəcəklər.
O əlavə edib ki, bu ilki forum çərçivəsində yeni təşəbbüslər də həyata keçirilir. Bu təşəbbüslərdən biri BMT-nin Sivilizasiyalar Alyansının məzunlar şəbəkəsindən 60-dan çox gəncin bir araya gətirilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 26 Oktyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















