“Diamed” zavoduna xüsusi media turu təşkil olunmuşdur
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
07.04.2026-cı il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Pirallahıda yerləşən “Diamed” zavoduna xüsusi media turu təşkil olunmuşdur. SİA xəbər verir ki, Diamed Co MMC-nin direktoru Samirə Hüseynova jurnalistləri zavodun istehsal prosesi ilə tanış etmişdir.
Zavodda istifadə olunan bütün xammal və dərman qatqları Avropanın Almaniya, Avstriya kimi qabaqcıl ölkələrindən idxal olunur. Bu yanaşma müəssisəyə yüksək təmizlik standartlarına cavab verən, keyfiyyətli məhsullar istehsal etmək imkanı verir və nəticədə əhalinin sağlamlığı üçün istifadə olunan məhsullar risksiz şəkildə təqdim edilir. Beləliklə, xammal və dərman qatqlarının idxalı zavodun keyfiyyət və təhlükəsizlik siyasətinin əsasını təşkil edir.
Zavodun avadanlıqları dünyanın ən qabaqcıl, bu sahədə tanınmış şirkətlərin istehsalıdır. Məhsulların xüsusiyyətləri və təmizlənmə prosesi çox mərhələli və insan müdaxiləsindən asılı olmayan sistemlə həyata keçirilir. Su təmizlənməsi prosesi bir neçə mərhələdən ibarətdir: əvvəlcə iri həcimli su xırda hissələrlə qarışdırılır, sonra xüsusi avadanlıqlarda işlənir və nəhayət, su beş dəfə distillə edilir.
Bu proses nəticəsində suyun keyfiyyəti və şəffaflığı beynəlxalq standartlara cavab verir. Zavodda istifadə olunan əsas təhlilator cihazı məhz bu mərhələləri həyata keçirir və Avropada GMQ standartlarına tam uyğunluq nümayiş etdirir. Bu yanaşma məhsulların təhlükəsizliyini təmin etməklə yanaşı, istehsal prosesinin şəffaflığını və keyfiyyətini təmin edir.
Media tur çərçivəsində jurnalistlər və iştirakçılar zavodun istehsal sahələri ilə yaxından tanış olmuş, istehsal prosesinin müxtəlif mərhələlərinə dair təqdimatlarda iştirak etmişlər. Bu səfər müəssisənin fəaliyyət prinsiplərini, məhsulların hazırlanma texnologiyasını və keyfiyyət standartlarını daha geniş auditoriyaya çatdırmaq məqsədi daşıyırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 07 Aprel 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















