Icma.az
close
up
RU
Diaspor gəncləri müxtəlif layihələrdə birləşir

Diaspor gəncləri müxtəlif layihələrdə birləşir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycanın gəncləri bu günün fəal vətəndaşları olmaqla yanaşı, ölkəmizin parlaq gələcəyinin qurucularıdır. Gənclərin bilik və bacarıqlarının artırılması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, eləcə də beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi dövlətimizin dayanıqlı inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlı gənclərin iştirakı ilə ardıcıl və genişmiqyaslı layihələr həyata keçirir.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara, xüsusilə gənclərə tarixi Vətənlə əlaqələrini daim qoruyub saxlamaq, mütəmadi olaraq Azərbaycana səfər etmək, Ana dilini unutmamaq, Azərbaycan tarixini və mədəniyyətini dərindən öyrənmək barədə verdiyi tövsiyələr Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində əsas istiqamət kimi müəyyən edilib.

Gənclərə yönəlik layihələr çərçivəsində ölkəmizin müxtəlif şəhərlərində, xüsusilə işğaldan azad olunan ərazilərdə təşkil edilən Diaspor Gənclərinin Yay Düşərgələri hər il dünyanın 60-dan çox ölkəsindən yüzlərlə gənci bir araya gətirir. Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birlikdə təşkil etdiyi düşərgələr xaricdəki azərbaycanlı gənclərin və ölkəmizi sevən xalqların nümayəndələrinin Azərbaycan haqqında bilik və təcrübələrini artırır, onların intellektual və innovativ potensialının reallaşmasını, şəbəkələşmə imkanlarının genişlənməsini stimullaşdırır.

Komitənin “Diaspor Gəncləri 1+1”, “E-akademiya”, “Azərbaycan Könüllüləri” “Diaspor Gənclərinin Qış Düşərgələri” və digər layihələri xaricdə yaşayan azərbaycanlı gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların ölkəmizə bağlılıq hissini gücləndirir, milli-mənəvi dəyərlərə sədaqətini möhkəmləndirir.

“Diaspor Gəncləri 1+1” layihəsi iştirakçılara diaspor siyasəti, Azərbaycan tarixi və azad olunan ərazilərdə aparılan bərpa yenidənqurma prosesləri haqqında ətraflı məlumat verir, onların milli kimlik və mənəviyyat baxımından daha da zənginləşməsinə şərait yaradır. “Liderliyin İnkişafı” diaspor liderlərinin formalaşdırılmasını və beynəlxalq əməkdaşlığın genişləndirilməsini hədəfləyir. “Azərbaycan Diaspor Könüllüləri” layihəsi diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkili, yerli və beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsi və maarifləndirici aksiyaların həyata keçirilməsi ilə xaricdə yaşayan gənclərin aktivliyini daha da artırır.

Bununla yanaşı, diaspor gənclərinin fikir və təcrübə mübadiləsinin genişləndirilməsi, aktual çağırışlar ətrafında bir araya gətirilməsi və ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə dünyanın müxtəlif ölkələrində forumlar təşkil olunur. Bu forumlar xaricdə yaşayan azərbaycanlı gənclərin bir araya gələrək diaspor fəaliyyətinin aktual məsələlərini müzakirə etmələrinə, qarşılıqlı təcrübə mübadiləsi aparmalarına və birgə təşəbbüslər formalaşdırmalarına geniş imkan yaradır. Nəticələrin təhlili göstərir ki, forumlar gənclərin diaspor fəaliyyətində daha fəal iştirakını təşviq edir. Onların qlobal miqyasda şəbəkələşməsi, milli maraqlarımızın müdafiəsi istiqamətində koordinasiyalı fəaliyyət göstərməsi və Azərbaycanın səsinin beynəlxalq platformalarda daha güclü şəkildə eşidilməsi işinə mühüm töhfə verir. Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir sıra Azərbaycan evlərinə və həftəsonu məktəblərinə məhz gənclər rəhbərlik edir.

Xaricdə yaşayan hər bir gənc soydaşımızın diaspor sahəsindəki aktiv fəaliyyəti həmişə dövlətin diqqət mərkəzindədir və yüksək qiymətləndirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi genişmiqyaslı layihələrdə fəal iştirak edən bir çox gəncimiz “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub. Bu təltiflər onların təşəbbüskarlığını yüksək qiymətləndirməklə yanaşı, gənclərə göstərilən diqqət və qayğının ardıcıl dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu açıq şəkildə nümayiş etdirir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hər il 2 Fevral – Gənclər Günü münasibətilə dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər gənclərin maraqlarının mərkəzləşməsinə və ahəngdar inkişafına, beynəlxalq əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri