Icma.az
close
up
RU
Diaspor nümayəndələri Tbilisidəki “Alyans” Gənclər Mərkəzində olublar

Diaspor nümayəndələri Tbilisidəki “Alyans” Gənclər Mərkəzində olublar

Icma.az, Azertag saytına istinadən bildirir.

Tbilisi, 25 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov, qurumun məsul əməkdaşları və Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Gürcüstana səfər çərçivəsində Tbilisi şəhərində fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, mərkəzin sədri Leyla Əmrəhova bildirib ki, Azərbaycan dövləti tərəfindən Gürcüstanda azərbaycanlı gənclərin bir araya gəlməsi və asudə vaxtlarının səmərəli təşkili üçün mühüm işlər görülür, bir sıra mərkəz, dərnək və birliklər açılır. Həmçinin Azərbaycan və Gürcüstan gənclərinin bir-birlərinə daha da yaxınlaşmaları məqsədilə tədbirlər görülür. L.Əmrəhova əlavə edib ki, “Alyans” Gənclər Mərkəzində gənclərə Azərbaycan dili, tarixi və mədəniyyəti barədə məlumatlar verilir, dərslər keçirilir.

Daha sonra adıçəkilən mərkəzdə fəaliyyət göstərən soydaşımız Raul Əliyev tərəfindən yaradılmış “Qlobal Təhsil Assosiasiyası”nın təqdimatı olub. R.Əliyev deyib ki, assosiasiyanın məqsədi Gürcüstanda yaşayan azərbaycanlı şagird və tələbələrin inkişafına dəstək olmaqdır. “Tələbələrə təhsillə bağlı düzgün istiqamət verəcəyik. Onların bilik və bacarıqlarını artırmaq məqsədilə təlim, seminar və konfranslar təşkil edəcəyik. Eyni zamanda, soydaşlarımızın təhsil və karyera ilə bağlı qarşılaşdıqları çətinliklərin həllinə çalışacağıq”, - deyə R. Əliyev bildirib.

DİDK-nın sədr müavini V. Seyidbəyov qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında qədim tarixə söykənən səmərəli dostluq, qardaşlıq münasibətləri mövcuddur və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində gənclərin üzərinə böyük vəzifə düşür. ”Azərbaycan - Gürcüstan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Əlaqələrin hazırkı səviyyəsinə görə Ulu Öndər Heydər Əliyevə borcluyuq. İki ölkə arasındakı tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri, eyni zamanda, regionda cərəyan edən proseslər Azərbaycan və Gürcüstan gənclərinin daha yaxından əməkdaşlığını zəruri edir”, - deyə sədr müavini vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri