Dibalanın “Roma”ya qayıdacağı iki tarix açıqlandı
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliyanın “Roma” futbol komandasının hücumçusu Paulo Dibalanın zədədən sonra meydana qayıdacağı ehtimal olunan tarixlər məlum olub.
İdman.Biz “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini argentinalı futbolçunun oktyabrın 24-də “Napoli” ilə qarşılaşmaya hazır olacağına ümid edir.
“Ümid edirəm ki, Dibala “Napoli” ilə oyuna qədər qayıdacaq. Buna inanıram. Bu gün və ya sabah həlledici ola bilər. Onun “Slovan”la qarşılaşmada ehtiyat oyunçular skamyasında olması da bizim üçün vacibdir”, - deyə Qasperini bildirib.
Baş məşqçinin sözlərinə görə, 32 yaşlı hücumçunun ciddi zədəsi yoxdur. Dibalanın baldır əzələsində yorğunluq aşkarlanıb.
Argentinalı futbolçunun oktyabrın 20-də Çempionlar Liqasında “Slovan” (Bratislava) ilə görüşün iştirak ərizəsinə daxil edilməsi mümkündür. Onun tam hazır vəziyyətdə meydana qayıdışı isə oktyabrın 24-də “Napoli”yə qarşı keçiriləcək matçda gözlənilir.
Qeyd edək ki, “Roma” Dibalanın yoxluğunda “Cenoa”nı Santyaqo Kastro və Lullinin qolları ilə 2:0 hesabında məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 Oktyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















