Didye Deşam dünya futbolu tarixinə adını yazdırdı
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa milli komandasının baş məşqçisi Didye Deşam dünya çempionatlarının final mərhələlərində qazanılan qələbələrin sayına görə yeni mütləq rekord müəyyənləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.
İsveç yığması üzərində qazanılan inamlı qələbə (3:0) Deşamın məşqçilik karyerasında 17-ci belə uğuru olub. Bu göstərici ilə o, 1964-1978-ci illərdə AFR yığmasına rəhbərlik etmiş mütəxəssis Helmut Şönü geridə qoyub. Bununla yanaşı, Deşam turnirdə keçirilən oyunların sayına görə də Şönün rekordunu yeniləmək şansına malikdir: hazırda fransız mütəxəssisin hesabında 22, alman məşqçinin aktivində isə 25 matç var.
Hazırda 57 yaşı olan Deşam 2012-ci ildən Fransa yığmasının sükanı arxasındadır. Onun rəhbərliyi altında komanda bu günə qədər dünya çempionatlarının qızıl və gümüş, həmçinin Avropa çempionatlarının gümüş və bürünc medallarına yiyələnib.
Xatırladaq ki, hazırkı dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi bu turnirə iyulun 19-da yekun vurulacaq. Yarışın sonuncu qalibi isə Argentina millisidir.
Baxış sayı:180
Bu xəbər 01 İyul 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















