Icma.az
close
up
RU
Die Welt: “Qaz kəmərləri Zalujnının əmri ilə partladılıb”

Die Welt: “Qaz kəmərləri Zalujnının əmri ilə partladılıb”

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, sözügedən partlayışın təhqiqatı ilə məşğul olan müstəntiqə istinad edən Almaniyanın “Die Welt” belə məlumat yayıb.
- “Andromeda” yelkənli yaxtasının ekipajının Ukrayna ordusunun keçmiş Baş Komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnının əmri ilə yaradıldığı iddia edilir”, - nəşr yazır.
Qəzetin məlumatına görə, almaniyalı müstəntiqlər işin üstünü açdıqlarına əmindirlər. Dərc olunan materialda həmçinin vurğulanır ki, KİV-lər “Şimal axını”na hücumda Ukrayna hakimiyyətinin əli olduğuna dair “çoxsaylı sübutların” olması barədə məlumat yaıblar.
Avqustun 21-də “Şimal axını” qaz kəmərinin partladılmasında iştirakda şübhəli bilinən Ukrayna vətəndaşı Sergey Kuznetsov Almaniyanın tələbi ilə İtaliyada saxlanılıb. Sonradan onun boru kəmərlərinə partlayıcı qurğular quraşdıran qrupun rəhbəri olduğu aydınlaşıb.
Almaniya Baş Prokurorluğu onun İtaliyadan ekstradisiyası ilə bağlı şərh verməkdən imtina edib. Almaniyanın Xarici İşlər naziri Yohann Vadeful isə deyib ki, aparılan istintaq siyasi nəticələrə gətirib çıxara bilər.
“Almaniyalı müstəntiqlər yəqin ki, qaz kəmərlərinə hücumda iştirak edən bütün diversantları müəyyənləşdiriblər. Hüquq-mühafizə orqanları hücumda istifadə olunan yaxtanın bəzi ekipaj üzvləri ilə Ukrayna xüsusi xidmət orqanları və ya hərbçiləri arasında əlaqələri də müəyyən ediblər”, - avqustun 27-də Almaniyanın “Die Zeit” nəşri, öz növbəsində, vurğulayıb.
Lavrov: "Rusiya və ABŞ “Şimal axınları”nı müzakirə edir" Ötən həftə Rusiya XİN-nin rəsmi ümayəndəsi Mariya Zaxarova bildirib etdi ki, Almaniya “Şimal axını” işi ilə bağlı ziddiyyətli mövqeyi sərgiləyir. Belə ki, Ukraynanın qaz kəmərlərinin partladılmasında əli olduğu iddialarına baxmayaraq, Almaniya hakimiyyəti nədənsə ukraynalı diplomatları ölkədən çıxarmır.
Xatırladaq ki, “Şimal axını – 2” və “Şimal axını -1” qaz kəmərlərində sızmalar 2022-ci ilin sentyabrında aşkar edilib. İsveç Seysmik Mərkəzin nümayəndəsi Byörn Lund fövqəladə hadisə zamanı boru kəmərinin sızdığı ərazidə iki güclü sualtı partlayışın qeydə alındığını bildirib. Daha sonra qəza yerində partlayıcı maddələrin izləri tapılıb.
2024-cü ilin noyabr ayında Almaniyanın “Stoppt die Sanktionen” hərəkatı “Şimal axını”nı partlatdığına görə Ukraynadan təzminat tələb edib.
Maraqlıdır ki, bu ilin mart ayında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Kremlin Tarmp administrasiyası ilə “Şimal axınları” məsələsini də müzakirə etdiyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri