Icma.az
close
up
RU
Digər əyalət mollası da qovulmalıdır: Ölkəsinə qayıtmağın vaxtı çatıb

Digər əyalət mollası da qovulmalıdır: Ölkəsinə qayıtmağın vaxtı çatıb

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın ali lideri Ayətullah Seyid Əli Xamaneyinin Qəzvin şəhərindəki nümayəndəsi və imam cümə Əbdül Kərim Abedininin istefa verməsi ciddi müzakirələrə səbəb olub. 

Çünki Abedinin istefası ilə bağlı müxtəlif məlumatar səslənir. Bu əyalət mollasının öz istəyi ilə postunu tərk etməsi barədə iddiaların yalan olduğuna dair xəbərlər artmaqdadır. Bəzi “Telegram” kanallaraında onun öz vəzifəsindən könüllü şəkildə getmədiyi, istefaya göndərildiyi bildirilir. Son vaxtar öz fəaliyyəti ilə Azərbaycan-İran münasibətlərində siyasi qalmaqal yaradan Əbdül Kərim Abedinin rəsmi Bakının diplomatik etirazları fonunda səlahiyyətindən məhrum edildiyi şübhə doğurmur.

 Qeyd edək ki, Abedini və digər imam-cümələr Ayətullah Xameneyi tərəfindən təyin olunduğuna görə onların vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərarı da məhz ali rəhbər verir. Yəni Abedinin könüllü şəkildə öz missiyasından imtina etməsi barədə iddialar inandırıcı görünmür. Çox güman ki, Əbdül Kərim Abedinin imam cüməlikdən qovulması  qərarı Ayətullah Xameneyi tərəfindən verilib. Lakin bu qərar heç də Xameneyinin Azərbaycana dost münasibətindən qaynaqlanmır. 

Son vaxtlar Ərdəbil şəhərində Azərbaycan xalqına və Prezidentinə qarşı iki dəfə təxribat xarakterli tədbir keçirilib. Yanvarın 1-də Ərdəbilin imam- cüməsi Həsən Ameli tərəfindən təşkil olunan “Çaldıran şəhidləri” adlı yığıncaq Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə nifaq toxumu səpmək məqsədi daşıyıb. 

Toplantıda iştirak edən Əbdül Kərim Abedini Həsən Ameliyə dəstək verərək Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına bəzi fikirlər səsələndirib. 

Təbii ki,  Azərbaycana və və Türkiyəyə qarşı düşmənçilik planı Xameneyinin xəbəri olmadan baş tuta bilməzdi. Çünki həm Ameli, həm də Abedini İran ali liderinin xüsusi nümayəndəsidir və onun icazəsi, yaxud göstərişi olmadan belə addım ata bilməzdilər. Yəni siyasi təxribat planı Tehranda hazırlanıb. 

Buna cavab olaraq, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli telekanllara müsahibəsində Amulinin cəzalanmalı olduğunu bildirib.

“O ki qaldı əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. 

Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?”

Azərbaycan Prezidentinin açıqlaması da sözügedən təxribata görə İranın ali liderinin az məsuliyyət daşımadığını bir daha təsdiq edir. Ona görə ki, Ameli də, Abedini də Xameniyi tərəfindən təyin olunur. Ancaq bu əyalət mollaları Azərbaycanın müxtəlif səviyyələrdə etiraz bəyanatlarından nəticə çıxartmayaraq yanvarın 20-də daha bir təxribata əl atdılar. Bu dəfə yenə Ərdəbil məscidinə toplaşaraq “Azərilər günü” elan etməklə Azərbaycan xalqının adını təfrif etməyə çalışdılar. Həmin tədbirdə Azərbaycanın ünvanına növbəti dəfə təhqiramiz fikirlər səsləndirdilər. İran rejiminin bütün etik və siyasi normaları aşan bu davranışına Azərbaycan tərəfi seyrçi qala bilməzdi. Yanvarın 27-də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bildirilib ki, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam- cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirakı qəbuledilməzdir. Artıq Azərbaycan tərəfinin etirazlarının son günlər nəticə verdiyini söyləmək olar. 

Yəni rəsmi Tehran öz çirkli əməllərini yumaq üçün son günlər bir sıra addımlar atmağa başlayıb. Belə ki, yanvarın 22-də İran ali məhkəməsi iki il öncə Azərbaycanın İirandakı səfriliyinə silahlı terror hücumu edərək bir nəfəri qətlə yetirən, iki nəfəri isə yaralan Yasin Hüseynzadə barəsində ölüm hökmünü təsdiq etdi. 

Yanvarın 28-də isə Əbdül Kərim Abedini istefaya göndərildi. Təbii ki, rəsmi Tehran tərəfindən atılan bütün bu yumşaldıcı addımlar ilk növbədə, Azərbaycanın əyalət mollalarının özbaşınalığına qarşı etiraz bəyanatlarının nəticəsidir. Bunlar İranın Azərbaycana qarşı düşmənçilik mövqeyindən əl çəkdiyi anlmına gəlmir. Lakin Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra İranın Yaxın Şərqdən sıxışdırılıb çıxarılması İran regional güc kimi təsir imkanlarını zəiflədib. İranın Yaxın Şərqə çıxışı bir çox istiqamətlərdə bloklanıb. 

Donald Trampın prezidentliyə başlaması ilə ABŞ-nin İsrailin İrana qarşı müharibə planına dəstək verəcəyi barədə proqnozlar rəsmi Tehranı ciddi narahat edir. Belə olan vəziyyətdəə Rusiya İran daha çox yanvarın 17-də Rusiya ilə imzalanmış strateji tərəfdaşlıq sazişinə ümid bəsləyir. Bu baxımdan, İran və Rusiya arasında yeganə quru sərhəddi olan və şimal-cənub tranzit dəhlizinin keçdiyi Azərbaycanın geostrateji əhəmiyyəti hər iki ölkə üçün artmağa başlayıb. 

Ona görə də İran müəyyən güzəştlərə getmədən Rusiyaya aparan nəqliyyat və enerji yollarını özünün bağlayacağını yaxşı bilir. İranın rəsmi Bakının tələblərini yerinə yetirməsi Tehranın Azərbaycana yaranmış ehtiyacı ilə izah oluna bilər. Digər tərəfdən, Ayətullah Xameneyi çox güman ki, Abedini istefaya göndərməklə məsuliyyəti əyalət mollasının üzərinə atır və bu insidentə görə siyasi cavabdehlik daşımadığını göstərməyə çalışır. 

Lakin İranın ali rəhbəri əsas məsuliyyət daşıyanlardan birini unutmuş kimi görünür. Azərbaycanın başlıca tələbi icra olunmayıb. Xameneyi Ərdəbildəki nümayəndəsi Amelini də Abedin kimi vəzifədən qovmalıdır. Xatırladaq ki, Həsən Ameli Ərdəbildə fəaliyyət göstərsə də, türk deyil, livanlı ərəbdir. Ona görə də onun Ərdəbili tərk edib öz vətəninə qayıtmasının vaxtı çatıb. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Yanvar 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri